18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İMİŞLİDƏKİ AĞ “GELENDEWAGEN”Lİ MÜƏSSİSƏ RƏHBƏRİNİN VİLYAM HACIYEVDƏN GİZLİ QARA ƏMƏLLƏRİ
İmişlidə fəaliyyət göstərən, o qədər də böyük olmayan dövlət müəssisələrindən birinin rəhbəri sən demə həftə sonları paytaxtda ərəb şeyxləri sayağı, lakin gizli həyat tərzi yaşayırmış. Mənbədən aldığımız məlumatda paytaxtda bir neçə mülkə sahib olan həmin məmur, bu günlərdə bahalı avtomobil kollleksiyasına yeni, ağ rəngli “Mersedes Gelendwagen” də əlavə edib.
Harın məmur ovladı obrazı sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bir milyon manatlıq ayı kababı yemək sevdasından sonra medianın gündəminə gəldi. Nəzərə alsaq ki, həmin vaxt ABŞ dolları Azərbaycan manatına nisbətdə təxminən 79 qəpikə təklif edilirdi, o zaman nazir oğlunun yalnız naharının qiymətinin milyon dolları ötdüyü xeyli müzakirə mövzusuna çevrildi. Bir neçə il öncə Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada xalq artisiti, tarzən Ağasəlim Abdullayevin özü, oğlu və gəlini xəsarət almışdı, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölmüşdü. Qəzanın səbəbkarı “Mercedes-Benz G-55” avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idi. O zaman mətbuat məmur oğlunun restoranların birində yeyib – içdikdən sonra mərclə avtomobil yarışında iştirak edərkən qəza törətdiyi haqda məlumatlar dərc etdi. Onlarla bu tip hadisələrdən sonra Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun, qızının toyuna 400 min manat pul xərcləməsi ilə bağlı məlumat medianın gündəm mövzusu oldu. Haqqında yazılanlara cavab verərkən belə adamın düşüncə tərzinin bəsit, nitq mədəniyyətinin isə yoxluğu özünü tam mənası ilə göstərdi: “Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O qələt edib yalan danışır. O, narkoman və şərəfsiz adamdır.” Hətta mediaya müsahibəsində belə danışdıqca batan Bakı Lift idarəsinin artıq sabiq olan direktorunun əslində ölkə məmurunun göstəricisi olmadığı qənaətində olmaq istərdik. Lakin onların sayı da az deyil. Məsələn, Qərb milyonerləri yaşadıqları və işlədikləri ölkənin qanunlarına müvafiq formada qazandıqları milyonların müəyyən bir qismini xeyriyyəçiliyə, elmi-texniki tərəqqiyə yardım məqsədilə ayırdıqları halda, ölkənin qərbində yerləşən Goranboyda yaşayan biznesmen Qalib Mustafayev Amon və İsida adlı itlərinə toy edir. Və yaxud 70 yaşlı oliqarx nəvəsi yaşında aktirisaya “Porsche”, “Torqovı”da mənzil vəd edərək: “ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracam” – deyə hədə-qorxu gəlir. Həmin aktirisa müsahibəsinin davamında bildirir ki: “...hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan.” Nədən Azərbaycan məmuru, oliqarxı bu tip düşük zehniyyət daşıyıcısıdırlar? Gəlinən qənaət budur: Bu zehniyyətin daşıyıcıları sadəcə yerlərində və layiq olduqları görəvdə deyillər.
İmişli rayonunda da davranış kobudluğu və yöndəmsiz nitq sindiromlu məmurlar yox deyil. Ötən gün mətbuata daxil olan məlumat sözün əsl mənasında şok effekti yaradacaq qədər maraqlı idi. Belə ki, məlumatı verən mənbənin bildirdiyinə görə İmişlidə fəaliyyət göstərən, o qədər də böyük olmayan dövlət müəssisələrindən birinin rəhbəri sən demə həftə sonları paytaxtda ərəb şeyxləri sayağı, lakin gizli həyat tərzi yaşayırmış. Mənbədən aldığımız məlumatda paytaxtda bir neçə mülkə sahib olan həmin məmur, bu günlərdə bahalı avtomobil kollleksiyasına yeni, ağ rəngli “Mersedes Gelendwagen” də əlavə edib.