17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məmur qızının toyuna 400 min xərclənib? - fotolar+video
Bu gün yerli mətbuatda Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin bir neçə ay əvvəl keçirilmiş toy mərasimi ilə bağlı xəbərlər yayılıb. Həmin məlumatlarda toya 400 min dollar xərcləndiyi qeyd olunub.
Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, məmurun qızının Oktay adlı şəxslə nikah mərasimi ötən ilin dekabrında, toyu isə yanvarda baş tutub. Müzakirələrə səbəb olan toy Bakının məşhur mərasim saraylarından birində qeyd edilib.
Cütlüyün instaqram sosial şəbəkəsindəki fenomenliyi və çoxsaylı izləyicisi olan səhifəsinin varlığı toy xərclərini yarılayıb. Belə ki, toyun dekorasiyası, çəkiliş qrupu, bəy-gəlinin bəzədilməsi və digər xidmətlər həmin səhifədə reklam olunmaq şərtləri ilə həyata keçirilib. Qüdrət Şükürovun qızının gəlinliyinin qiyməti isə o qədər də baha hesab olunmur- 3 000 AZN.
Cütlük bal ayını Maldiv adalarında keçirib.
Toy mərasimini müğənni Xatirə İslam aparıb, onunla yanaşı, məclisə Günay İbrahimli, Nurlan Təhməzli və başqa ifaçılar da qatılıb. Asif Məhərrəmov isə hətta cütlüyə ödənişli əsaslarla mahnı da həsr edib.
Məmur qızının şəxsi gözəllik salonu var. Bu, Ayselin ikinci evliliyidir, ilk nikahdan onun 1 oğlu var.
Emtv.az