SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Vosmoy Elməddin” ləqəbli avtoritetə 8 il cəza istənildi

23-05-2017, 09:57 | Oxunub: 8 084 |

“Vosmoy Elməddin” ləqəbli avtoritetə 8 il cəza istənildi
Kriminal aləmdə “Vosmoy Elməddin” kimi tanınan Elməddin Fərzəliyevin məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında məhkəmə istintaqı dövründə Elməddin Fərzəliyevin cinayət əməllərinin sübuta yetirildiyini bildirərək onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmədə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.


Vəkil çıxışında bildirib ki, təqsirləndirilən şəxsə qarşı verilən ittihamlar əsassızdır: “Məhkəmə istintaüında məlum oldu ki, zərərçəkmiş şəxs Qurbanəli Səfərov hadisə gününü düzgün təsvir etmədi. Yalançı şahidlər tutdu. Həmin şahidlər də məhkəmədə hadisəni görmədiyini dedilər. Narkotik ittihamı da müdafiə etdiyim şəxsə heç nədən verilib. Zərərçəkmiş deyir ki, Elməddin kriminal aləmin nümayəndələri ilə sıx əlaqələri olub və avtoritetlik edir. Lakin nə istintaq materiallarında, nə də məhkəmə dövründə bu barədə bir cümlə də qeyd edilmədi”.

Növbəti məhkəmə prosesi mayın 26-da davam edəcək. Elməddin Fərzəliyev Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə), 234-cü (narkotik) maddələri ilə təqsirli bilinir.
Zərərçəkmiş şəxs Qurbanəli Səfərov şikayətində bildirib ki, Elməddin Fərzəliyev Nizami rayonunda Neftçilər metrostansiyası yaxınlığındakı kafedə ondan 1000 manat pul tələb edib. Q.Səfərov 400 manat verdiyini söyləyib.
Məlumata görə Elməddin Səfərov kriminal aləmdə “Vosmoy Elməddin” kimi tanınır.
Qeyd edək ki, E.Fərzəliyev Səbail rayonu Badamdar qəsəbəsindəki “Bulaq” restoranında ötən il baş verən atışmadan sonra saxlanılıb. Həmin atışmada kriminal aləmlə əlaqəsi olan xeyli sayda şəxs saxlanılmışdı.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR