18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Rabitə işi” yekunlaşır: 11 nəfərdən 5-i azadlığa buraxılır
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.
Prosesin əvvəlində məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Təqsirləndirilən şəxslərdən Vidadi Zeynalovun vəkillləri məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər.
Vidadi Zeynalov vəkillərinin etirazına baxmayaraq, məhkəmə istuntaqının yekunlaşmasını istəyib: “Artıq yaydır. Bu istidə camaatı aparıb-gətirməyin mənası yoxdur. Kim buraxılır, buraxılsın, kimi də həbs edəcəklərsə, etsinlər”.
Təqsirləndirilən şəxslərdən Anar Mustafayev məhkəmə istuntaqının yekunlaşmasına etiraz edib. Məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edib.
Çıxış üçün söz dövlət ittihamçısı Fərid Nağıyevə verilib. Prokuror çıxışında məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslərin əməllərinin sübuta yetirildiyini bildirib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza isrəyib.
Dövlət ittihamçısı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalova 14 il, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynova 15 il, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevə 8 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə 10 il, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin rəhbəri Emin Məmmədova 12, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədova 12 il cəza istəyib.
F.Nağıyev təqsirləndirilən şəxslərdən 4-nə 5 il 11 ay 11 gün cəza istəyib. Prokuror onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmaqla, onlara 3 il şərti cəza verilməsini tələb edib.
Həmin şəxslər “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov və “Optik Qurğular” İdarəsinin keçmiş baş mühasibi Səhrab Hümmətovdur.
Növbəti məhkəmə prosesi mayın 24-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
Emtv.az