SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DİM-dən sənəd verən abituriyentlərin az olmasına münasibət

23-05-2017, 09:54 | Oxunub: 11 052 |

DİM-dən sənəd verən abituriyentlərin az olmasına münasibət
Azərbaycanda bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 90616 abituriyent sənəd verib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin sayında ötən ilə nisbətən azalma qeydə alınıb.

Azalmanın əsas səbəblərindən biri bu ilki 11-ci sinif məzunlarının sayının ötən ilə nisbətən təqribən 3000 nəfər az olmasıdır. Belə ki, ötən il 11-ci sinif məzunlarının sayı 87 min nəfərdən çox olduğu halda, bu il onların sayı 84 min nəfərdən çox olacaq:

“Təbii ki, bu da sənəd verənlərin sayına təsir göstərib. Amma ümumilikdə isə bu il sənəd verənlərin sayını təqribən ötən ilki hədd daxilində hesab etmək olar”.

X.Xanlarzadə qeyd edib ki, bu il ümumilikdə ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verib. Onların 29359 nəfəri I, 20453 nəfəri II, 18739 nəfəri III, 5125 nəfəri isə IV ixtisas qrupuna ərizə verib.

Bu il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 61760 nəfəri iyulda keçiriləcək 2-ci qəbul imtahanlarında iştirak edəcək.

Bu il abituriyentlərin 39831 nəfəri V ixtisas qrupu üzrə ali məktəblərə, 45501 nəfəri orta ixtisas təhsili müəssisələrinə sənəd verib.

Qeyd edək ki, mayın 22-də 2-ci qəbul imtahanında iştirak etmək üçün elektron ərizə qəbulu başa çatıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR