17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab: - Özün bilirsən sən kimsən
Meyxanaçı Samirə Yusifqızı ilə əməkdar artist Gülüstan Əliyeva arasındakı mahnı qalmaqalı səngimək bilmir.
G.Əliyeva səsləndirdiyi “Ay nənə” mahnısını ilk dəfə özünün ifa etdiyini və aranjimanın ona məxsus olduğunu bildirən Samirəyə “10-dan sonra” verilişi vasitəsilə cavab verib.
O, S.Yusifqızı ilə mübahisəyə belə girmək istəmədiyini deyib:
“Sən özün bilirsən ki, sən kimsən? Hərə çıxıb çox şey danışa bilər, amma olan şeyləri heç kəs inkar edə bilməz. Mən o mahnını 2000-ci illərdə ifa etmişəm. Hər şeyin bir əsası var. Susmaq ən böyük cavabdır. Onsuz da bilənlər hər şeyi bilir. Heç o mübahisəyə girməyin mənası yoxdur. Mahnıda çox böyük uğursuzluqlar etmişdi. Əslində mahnı elə deyil. O da özü bildiyi kimi ifa edib, yəni onun şərhi idi, istədiyi kimi onu səsləndirmişdi”.
Qeyd edək ki, Samirə Yusifqızı “Ay nənə” mahnısının ilk ifaçısı olduğunu bildirmiş və Gülüstan Əliyevanın özünü mahnını ilk üzə çıxaran kimi təqdim etməsini qınamışdı:
“Gülüstan Əliyeva mənim haqqıma girib. Mahnını əsla o ortaya çıxarmamışdı. Mahnı 1996-cı ildə ərsəyə gəlib. Həmin ildə Gülüstan Əliyeva heç səhnəyə çıxmamışdı. Nəyə görə yalan danışırsan? Görürsən, indi o yalanın vaxtı gəlib çatdı. Haqqa girmək olmaz".
Emtv.az