17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MÜĞƏNNİYƏ HÜCUM ETDİLƏR
Müğənni-bəstəkar Ceyhun Əliyev özü ilə bağlı maraqlı etiraf edib.
Mətbuatın məlumatına görə, sənətçi bir həmkarının menecerinin ona hücum etdiyini bildirib.
C.Əliyev xanım ifaçının adını açıqlamaq istəmədiyini söyləyib:
"Mən kişiyəm, üstümə niyə xanımları göndərirsiniz? Mənim üstümə adam göndərməklə məni şantaj edir. Yazdığı mesajlar mənim telefonumdadır. Baxmayaraq ki, tanınmışdı, hamının zəhləsi gedir ondan. Hamı qorxusundan üzünə gülərək, heç nə demirlər. İki xanım üstümə gəlmişdi. Ondan əvvəl isə mühafizəçisini göndərmişdi. Guya bu Şakiradır. Gah idmançı mənə zəng edir, ya sponsoru hədə-qorxu gəlir. Neyləyəcəksən? Öldürəcəksən məni? Bir pişiyə belə daş atmamışam. Sən məni nə ilə qorxudursan?. Kişi kimi mənə onun adını açıqlamaq yaraşmır. Getsin o müğənni Allaha yalvarsın ki, kimin evini dağıdıbsa, onun günahlarını bağışlasın".
C.Əliyev qalmaqalın mahnı üstündə baş verdiyini deyib:
"Mahnını satmışam onlara və aramızda müqavilə imzalanıb. Demişdim ki, bir il ərzində bu mahnını oxumasan, başqa birinə satacam. Başqa müğənni də mənə boğazından kəsib pul verir. Heç mahnını alan müğənninin bu hadisədən xəbəri yoxdur. Mahnını artıq satmışam. Onlar da gedib məhkəməyə müraciət ediblər. Onlara da müqavilənin və imzaların olduğunu bildiriblər. Məhkəmədə qalib gəldim. Amma əks tərəf verdiyi pulu geri istəyir. 1000 manat pul vermişdi. Əgər o mahnını oxusaydı, 1000 manatın 10 qatını qazanardı. Onun verdiyi pulu mən özümə götürməmişəm. Aranjimana vermişəm hələ borclu da qalmışam".