18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qorbaçov “Qarabağ probleminin həlli yolunu bilmirəm” sözlərini kimə deyib? – TARİX
1990-ci il yanvarın 20-də, səhər SSRİ rəhbərliyi Bakıda baş vermiş qanlı qırğınla bağlı məxfi iclas keçirib. Sov.İKP-nin baş katibi Mixail Qorbaçovun rəhbərliyi ilə aparılmış Siyasi Büronun gizli iclasında Azərbaycandakı proseslər ciddi müzakirəyə çıxarılıb.
Bu barədə SSRİ prezidenti Mixail Qorbaçovun beynəlxalq məsələlər üzrə köməkçisi olmuş Anatoli Çernyayevin yazdığı “SSRİ prezidentinin köməkçisinin Gündəliyi” adlı memuarında qeyd olunub.
Çernyayev iclasın detalları barədə yazmayıb. “Dünən səhər Siyasi Büroda məxfi olaraq Azərbaycandakı situasiyanı müzakirə etdik”- deyə o, bunu qeyd etməklə kifayətlənib.
Lakin A. Çernyayev memuarında maraqlı bir detala toxunub. Prezidentin sabiq köməkçisi yazır ki, 1990-cı ilin yanvarında Azərbaycana göndərilmək üçün ehtiyatdan çağırılmış şəxslər –“rezervist”lər əsasən Krasnodardan, Stavropoldan, Rostov-Don və Tuapsedən olub. A. Çernyayev qeyd edir ki, “rezervist”lərin Azərbaycana göndərilməsi bu adları çəkilən yerlərdə yaşayanların sərt etiraz nümayişləri ilə müşayət edilib. Krasnodar, Stavropol, Rostov, Tuapse və kazak stanitsalarında yaşayan ruslar “Qafqazı sülhə məcbur etmə” üçün onlardan “rezervist” yığılmasına ciddi etiraz ediblər: “Qadınlar çığırırdılar: “Yeni Əfqanıstana yox deyirik! Niyə rus kişiləri erməni və azərbaycanlılara görə ölməlidir? Qoy məsələni öz aralarında həll etsinlər” - deyə Çernyayev gündəliyində yazıb.
Sovet rəhbərliyinin 20 yanvar 1990-cı ildə məxfi iclası barədə rəsmi heç nə məlum deyil. Orada hansı məsələnin müzakirə edildiyi qaranlıq qalır. Qeyd etməliyik ki, bu gizli iclas Bakıda sovet ordusunun dinc əhaliyə qanlı divanından sonra keçirilib.
Çernyayevin gündəliyində Qarabağla bağlı da maraqlı qeyd var. 9 oktyabr 1988-ciilə aid olunan həmin qeyddə köməkçi yazır ki, cümə günü Mixail Qorbaçov onu və digər köməkçisi Şaxnazarovu kabinetinə çağırıb: “Qorbaçov Şaxnazarovu 64 yaşı münasibəti ilə təbrik etdi. Beynəlxalq məsələlərlə bağlı müzakirələr zamanı Qorbaçov birdən Qarabağdan danışmağa başladı”.