SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycan ordusu tam hazırlıqlı vəziyyətdədir" - Polkovnikdən açıqlama

17-05-2017, 12:29 | Oxunub: 4 326 |

"Azərbaycan ordusu tam hazırlıqlı vəziyyətdədir" - Polkovnikdən açıqlama
Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib.

Ötən gün Füzuli-Xocavənd istiqamətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin aktivliyinin qarşısı alınıb. Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb.

Dünən axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin təxribatları davam edib. Cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimiz və yaşayış məntəqələrimiz müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutulub.
Cəbhədə son günlər yaşanan gərginliklə bağlı mətbuata açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan sözügedən zenit-raket kompleksini ön xətdə yerləşən əsgər və zabitlərimizə problem yaratmaq məqsədilə gətirmişdilər:

“Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə xəbərdarlıq edib ki, düşmənin hər hansı canlı qüvvəsi və ya texnikası əsgər və zabitlərimizin ön xəttə fəaliyyətində problemlər yaradarsa, dərhal məhv ediləcək. Bütün bu ciddi xəbərdarlıqlara baxmayaraq, ermənilər yenə də bu təxribata əl altdılar. Azərbaycan ordusu da bunu cavabsız qoya bilməzdi. Elə cavabı da verildi. Ermənistan tərəfi isə indi çox axmaq bir fikir səsləndirib. Əslində, o fikrin konteksində başqa bir məsələ durur. O barədə hələ ki açıqlama vermək istəmirəm. Onlar necə bilirlər ki, Azərbaycan müdafiə naziri haradan, hansı helikopterlə, ekipajla uçur? Burada bir az başqa məsələlər var. Ermənistan özünün hərtərəfli gücünü göstərməyə çalışır. Bacarırdılarsa, elə zenit raket kompleksini qoruyardılar. Onların ali baş komandanı bacarırsa, Xankəndinə öz təyyarəsi ilə gəlsin. Halbuki deyirdi ki, ora gedən ilk sərnişin mən olacam.

Azərbaycan Silahlı Qüvvələri tam hazırlıqlı vəziyyətdədir

Heç bir narahatçılığa əsas yoxdur. İstər Füzuli-Xocavənd istiqaməti olsun, istər Tərtər istiqamətində, onlar ötən ilin aprel ayında yaşadıqları hadisələrin təsirindən ayılmayıblar. Serj Sarkisyanın ATƏT-ə söz verdiyi o gərginliyi həyata keçirməyə can atırlar. Bunun mənası yoxdur. Azərbaycan hər şeyə tam nəzarət edir. Biz arzulayırıq ki, tez bir zamanda aktiv döyüş əməliyyatları başlasın və onlar ötən ilin aprelində sadəcə epizot şəklində gördükləri vəziyyəti tam mənzərəsi ilə görsünlər. Bu dəfə nə Rusiya, nə Fransa, nə də ABŞ bu məsələdə boş bəyanatlar səsləndirməklə kifayətlənəcəklər. Azərbaycan Silahlı Qüvvələri erməni və on un havadarlarına şans verməyəcək”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR