SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda informasiya texnologiyalarının tətbiqi və əhatə dairəsi genişləndirilir

17-05-2017, 12:12 | Oxunub: 9 730 |

Naxçıvanda informasiya texnologiyalarının tətbiqi və əhatə dairəsi genişləndirilir
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən, hər il mayın 17-si “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.
İnformasiya cəmiyyəti anlayışı ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun bir forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ildə ölkəmizdə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmişdir. Milli strategiyanın qəbulundan sonra ölkəmizdə bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, informasiya və kommunikasiya texnologiyalarının həyatın bütün sahələrində tətbiqinə başlanmış, bu sahənin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. İnformasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə məqsədyönlü tədbirlər görülür. Son illər bu sahənin inkişafı məqsədilə qəbul edilən dövlət proqramları, həyata keçirilən islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına inteqrasiyası, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın dünya kosmik məkanına inteqrasiyası təmin edilmişdir.

İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 130-a yaxın dövlət təşkilatına və 12 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “Elektron hökumət” portalı yaradılmış, 33 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. “Elektron hökumət” portalı üzərindən rabitə, genişzolaqlı internet xidmət haqları, elektrik enerjisi, qaz və su haqlarının ödənilməsi təşkil edilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri hazırlanaraq istismara verilmişdir. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulmuş, mərkəzi server avadanlıqları alınmış və müvafiq proqram təminatı hazırlanmış, 81 təşkilatın sistemə qoşulması təmin edilmişdir.

Naxçıvanda informasiya texnologiyalarının tətbiqi və əhatə dairəsi genişləndirilir


Naxçıvanda informasiya texnologiyalarının tətbiqi və əhatə dairəsi genişləndirilir


Muxtar respublikanın yaşayış məntəqələri tamamilə telefonlaşdırılmış, bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən Yeni Nəsil Telekommunikasiya sistemlərinin tətbiqinə başlanılmışdır. 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kənd­lərini, 2012-ci ilin mart ayında Şərur və Sədərək rayonlarını, 2014-cü ilin fevral ayında isə Şahbuz və Babək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya avadanlıqları quraşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı barədə demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında Ordubad rayonu ərazisində Yeni Nəsil Telefon stansiyalarının qurulması ilə bağlı müqavilə imzalanmışdır.


Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə etmişdir. “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, müasir informasiya texnologiyalarının tətbiqi, poçt sisteminin yenidən qurulması, yenitipli elektron xidmətlərin göstərilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Layihəyə uyğun olaraq, muxtar respublikada 156 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, lazımi proqram təminatı ilə təchiz edilmişdir. Bu gün elektrik enerjisi, qaz və digər xidmət haqlarının ödənilməsi tamamilə poçt şöbə və bölmələri vasitəsilə həyata keçirilir. Bununla yanaşı, həmin poçt şöbə və bölmələrində bankomat kartları ilə, POS-terminallardan ödənişi üçün lazımi şərait yaradılmış və ümumilikdə, 154 ədəd POS-terminal quraşdırılmışdır.

Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir. Muxtar respublikada 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılmışdır. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 100 faizində 12 televiziya kanalının və 10 radio dalğasının rəqəmsal formatda yayımı təmin edilmişdir. Muxtar respublika ərazisində İP tele­viziyanın yayımı təşkil edilərək sakinlərə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.

Naxçıvanda informasiya texnologiyalarının tətbiqi və əhatə dairəsi genişləndirilir


Naxçıvanda informasiya texnologiyalarının tətbiqi və əhatə dairəsi genişləndirilir



Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsində vacib şərtdir. Bu gün muxtar respublikada fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 1425 kilometrə çatdırılmış, mövcud telekommunikasiya şəbəkəsinin 97 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Muxtar respublika ərazisində 187 fərdi, 16 çoxmənzilli binaya optik kabel çəkilmişdir. Muxtar respublikanın daxili telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası böyüktutumlu fiber-optik kabel magistral xəttinin tikintisi də başa çatdırılmışdır.

Optik şəbəkənin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını da xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 84 faizi internetə qoşulmuşdur. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidmətləri göstərilir. 2016-cı il oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxtel 4G mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən 98 baza stansiyası, fiber-optik əsaslı arabağlantı şəbəkəsi və Mərkəzi İdarəetmə Sistemi qurulmuş, “Naxtel”in “ Qeydiyyat və hesabat” sistemi üçün əsas və ehtiyat server avadanlıqları, proqram təminatı hazırlanmışdır. Həmçinin Naxtelin fəaliyyəti üçün zəruri olan Müştəri Xidmətləri Mərkəzləri, Məlumat Sorğu Xidməti və digər xidmətlər yaradılmışdır. Hazırda muxtar respublikada 4 mobil operator xidmət göstərir. Bütün bunlar informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələridir.

Muxtar respublikada informasiya texnologiyalarının ayrı-ayrı sahələrdə də tətbiqinə diqqət yetirilir. Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Dövlət Universitetinin kitabxanasının bazalarında elektron kitabxanalar yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi və AMEA-nın Naxçıvan Bölməsi üçün isə elektron kitabxana və elektron arxiv sistemi istifadəyə verilmişdir. Məhdud Fiziki İmkanlıların İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud olanlar üçün audio kitabxana, eşitmə məhdudiyyəti olanlar üçün elektron kitabxana yaradılmışdır. Distant təhsilin təşkili məqsədilə 150 şagird yerlik distant təhsil sistemi qurulmuş və Distant Təhsil Mərkəzi istifadəyə verilmişdir.
Muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün muzeylərin hamısına optik kabel çəkilmiş, server alınmış, lazımi proqram təminatı və infra­struktur qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin veb saytında e-təhsil bölməsi yaradılmışdır.


İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Odur ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR