SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İTTİHAM AKTINDA ADI KEÇƏN AGENTLƏR! – Adlar + məbləğlər! (ÖZƏL)

12-05-2017, 14:57 | Oxunub: 13 876 |

İTTİHAM AKTINDA ADI KEÇƏN AGENTLƏR! – Adlar + məbləğlər! (ÖZƏL)
Məlum olduğu kimi, ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə İttiham aktında bir sıra MTN agentlərinin adları açıqlanıb. 7 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi epizodunda bəzi agentlərin “kod adları”, bəzilərinin isə həqiqi adları öz əksini tapıb.

İttiham aktından belə bəlum olur ki, Elçin Quliyev, müavini İlqar Əliyev və digərlərinin təkcə 2011-2015-ci illərdə “Şimal küləyi” və “Qütb gecəsi” adlı əməliyyatlara xüsusi xərclər smetasından ayrılan 7 milyon manatdan artıq pul guya sözügedən əməliyyatlarda informator rolunu oynayan müxtəlif “etibarlı şəxslərə”, yəni agentlərə ödənilib. Lakin istintaq bu “etibarlı şəxslərin” çox az qisminin kimliyini müəyyənləşdirə bilib. Adları müəyyənləşdirilməyən agentlərin “kod adları” aşağıdakılardır:

“Terminator” – Şəxsi işi Hilal Əsədovda olan bu agentə 287 min avro, 5400 ABŞ dolları və 12 min manat pul ödənildiyi yazılıb.

“Samir” – 82 min AZN, 53 min ABŞ dolları, 6 min avro. Bundan başqa 2013-cü ilin prezident seçkiləri ərəfəsində 4 ay ərzində hər ay 10 min AZN pul ödənilib.

“Agent Dəniz” – Adına 35 min AZN, 13 600 Avro, 1200 dollar yazılıb.

“Hətəm” – Adına 217 min AZN, 33 min Avro, 5400 ABŞ dolları yazılıb.

“Atilla” – Adına 12 min AZN, 44 600 Avro, 1800 ABŞ dolları yazılıb.

“Əlizadə” – “Fəal istifadə olunduğuna görə” 15 min AZN mükafat alıb.

“Qəhrəman” – 31500 AZN pul alıb.


Bunlar kimlikləri müəyyənləşdirilməyən və yaxud, müəyyənləşdirilib, açıqlanmayan agentlərdir. Lakin 4 şəxsin kimliyi İttiham aktında öz əksini tapıb. Həmin şəxslərdən 2-sinin adı KİV-lərdə açıqlanıb.

Adları İttiham aktında açıq şəkildə yazılan agentlərin siyahısı:

1. Etibarlı şəxs “BET” – Behbudov Elçin Tofiq oğlu. 2013-cü ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Hər ay MTN-dən 2 min AZN pul alıb, xarici səfərləri maliyyələşdirilib.

2. Etibarlı şəxs “YFH” – keçmiş maliyyə naziri Yusifov Fikrət Hüseyn oğlu. 2015-ci ildə A.Məcidov tərəfindən əməkdaşlığa cəlb olunub. Bu müddət ərzində ona 90.000 min AZN pul ödənilib.

3. “Etibarlı şəxs “İƏ” – Əliyev İlqar Talışxan oğlu. “Yeni Sabah” İctimai Birliyinin rəhbəri. 2011-2015-ci illərdə 132 min AZN, 6100 ABŞ dolları, 2400 avro alıb.

4. Etibarlı şəxs “TT” – Məmmədov Elnur Vaqif oğlu. 2014-cü ildən əməkdaşlığa cəlb olunub. 2011-ci ildə AR CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il həbs cəzası alıb. Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verdiyinə görə 10 min AZN birdəfəlik pul mükafatı alıb.


Bir daha qeyd edək ki, söhbət bu şəxslərin yalnız 2 əməliyyat – “Şimal küləyi” və “Qütb gecəsi” əməliyyatlarında iştirakından və aldıqları pullardan gedir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR