17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyədən Azərbaycana xəyanət
Türkiyənin Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivi Ermənistana qastrola hazırlaşır. Teatr erməni yazar Akop Baronyanın “Şərq dişçisi” adlı əsərini səhnələşdirəcək.
Buna etiraz olaraq, Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) birgə bəyanat yayıb.
Bəyanatda deyilir:
"Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayarkən Bursanın Nilufər bələdiyyəsi teatrının Ermənistana getməsi yolverilməzdir. Biz Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bu səfərin baş tutmasına qəti etirazımızı bildirərək, Türkiyə Səfirliyinin məlum hadisəyə münasibət bildirməsini və Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana səfər edəcək Nilufər Bələdiyyəsinin aktyorlarının adlarının arzuolunmazlar siyahısına daxil edilməsini tələb edirik".
Emtv.az