17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ziya Məmmədovun əlindən alınan şəxsi təyyarəsinin məsrəfləri haqda sensasion bilgilər
Sabiq nazirin hər dəfə, məsələn, ABŞ-a səfəri 50-60 min avroya başa gəlib
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təyyarəsinin müsadirə olunması xəbəri geniş müzakirə edilməkdədir. Sabiq nazirin qardaşı Elton Məmmədov qardaşının təyyarəsi haqda ona sual ünvanlayan jurnalistə belə deyib. Sitat: “Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttə, yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm, əlavə nəsə soruşmayın. Bu məsələyə mən münasibət bildirmirəm, ya da bildirmək istəmirəm. Bu qədər”.
Dəyəri bir neçə milyon dollarlarla ölçülən təyyarələri dünyada əsasən iş adamları alır, xarici səfərləri zamanı, ölkədaxili səyahətlərində istifadə edirlər. Azərbaycanda da mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi üçün qanun illər öncə qəbul olunub. Belə ki, bununla bağlı qəbul olunan “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” ilə Azərbaycanda şəxsi təyyarələr almaq istəyənlərə icazə verilib. Şəxsi təyyarələri olan şəxslərin qeydiyyatı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasında aparılır. Bu gün Azərbaycanda şəxsi təyyarə tipində kiçik tutumlu, iri tutumlu hava gəmiləri mövcuddur. Həmin təyyarələrin sayı haqda dəqiq bilgilər yoxdur. Qeyri-rəsmi məlumatlara görə, ölkədə irili-xırdalı 20-yə yaxın şəxsi təyyarə var.