18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda iki ay ərzində 8 mindən çox insan evlənib - 10 min nəfər isə...
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238 min 509 nəfər keçib. Nikaha daxil olmaq istəyən 2017-ci ilin yanvar ayında 10 min 215 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10 min 501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.
Dövlət Statistika Komistəsindən verilən məlumata görə, 2017-ci ilin ilk iki ayı ərzində qeydiyyat şöbələri tərəfindən 8476 nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4 olub.
“ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov Metbuat.az-a açıqlamasında deyib ki, 2013-cu ilin yanvar ayının 15-dən etibarən Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən ümumi nikaha daxil olan 77 min 046 nəfər qeydiyyata alınıb.
Emtv.az