17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnirə yekun vurulub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pauerliftinq və bench press idman növü üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda, Türkiyəni təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində mübarizə aparıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi beynəlxalq turnir dörd gün davam edib.
Turnirin yekun nəticəsinə əsasən, bench press idman növü üzrə 60, 67,5, 75, 90, 100, 110 və 140 kiloqram çəki dərəcələrində müvafiq olaraq Vüsal Bağırov, Elvin Eynalov, Samir Məmmədov, Kamil Qafarov, Bəhlul Ağayev, Şahin Eyvazov və Əbülfəz Cəfərov bütün rəqiblərini qabaqlayaraq turnirin baş mükafatını qazanıblar.
Pauerliftinq idman növü üzrə keçirilən yarışda isə Anar Musayev (56 kiloqram), Elmir Tarverdiyev (67,5 kiloqram), Rövşən Xəlilov (75 kiloqram), Məmməd Rəhimov (100 kiloqram), Ramin Hüseynov (110 kiloqram), Razim Hüseynov, Alik Ağayev, Vüsal Mərdanov (hamısı 125 kiloqram) hamıdan güclü olublar.
Qadınların mübarizəsində isə Zərifə Hüseynova, Sevil Həsənova, Günay Camalova və Xatirə Şahverdi müvafiq olaraq 56, 58, 61, 61,5 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda qaliblərə təşkilatçıların diplom və medalları təqdim edilib.
Emtv.az