SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ana səhifə Gündəm A A Akif Çovdarovun mavi kostyumlu tətilləri davam edir

8-05-2017, 11:37 | Oxunub: 6 248 |

Ana səhifə Gündəm A  A  Akif Çovdarovun mavi kostyumlu tətilləri davam edir Emtv.az xəbər verir ki,Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Xatırladaq ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə ötən bazar ertəsi günü exinokokkoz diaqnozu ilə cərrahiyyə əməliyyatı keçirdiyi və S.Məmmədovun vəkili olmadan iclasların keçirilməsinə qəti şəkildə etirazını bildirdiyi üçün proses bü günə təxirə salınmışdı.

Akif Çovdarovun mavi rəngli kostyumu

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, bu gün Akif Çovdarov, hər zamankından fərqli olaraq, çox dəbdəbəli geyimi ilə nəzərə çarpırdı.

Təqsirləndirilən general prosesin əvvəlindən indiyə qədər ilk dəfə iclasa kostyumda, əsl bayram əhval-ruhiyyəsi ilə gəlmişdi.

Səlim Məmmədov güzəştə getmədi.

İclas məhkəmə katibinin prosesdə iştirak etməyən vəkil Cavid Rzazadəyə telefon zəngi ilə başladı. Katibə cavab verməyən C.Rzazadə təqsirləndirilən Akif Çovdarovun vəkili Şahin Rəfiyevin zənginə cavab verdi və bildirdi ki, xəstəxanadan evə buraxılsa da, 15 gün ərzində bərpa prosesi keçməlidir və buna görə də, məhkəmədə iştirak edə bilmir.

Dövlət ittihamçısı təqsirləndirilən Səlim Məmmədovun nəzərinə çatdırdı ki, bir sıra epizodlarda ona qarşı heç bir ittiham irəli sürülmür və məhkəmə həmin epizodlara baxa bilərdi. Bu sual-təklifə S.Məmmədov belə cavab verdi: “İttihamda bizi mütəşəkkil cinayətkar dəstə adlandırırsınız. Əgər belədirsə, mən hansısa epizodda necə ittiham olunmaya bilərəm? Vəkilim olmayana qədər proses davam etdirilə bilməz. Bir də ki, əgər hansısa epizodda mənə qarşı bir ittiham yoxdursa, məni bura niyə gətirirlər?”

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov prosesin gələn həftənin bazar ertəsi günü, mayın 15-nə qədər təxirə salındığını bildirdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR