SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“İngiliscə bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışıram” - Polad Bülbüloğlu özü haqda

6-05-2017, 09:59 | Oxunub: 11 044 |

“İngiliscə bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışıram” - Polad Bülbüloğlu özü haqda
“İngiliscə bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışıram”

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş katibi postuna namizəd Polad Bülbüloğlu deyib. O bildirib ki, bu, həm siyasi, həm də ideya və təkliflər mübarizəsidir: “Geosiyasət çox böyük önəm kəsb edir. Hələ qarşıda 5 ay var, hər şeyin necə cərəyan edəcəyini görəcəyik. Bütün hallarda qələbə üçün çalışacağıq. Bir də namizədlərin çıxış edəcəyi iclas olmayacaq. Lakin biz mayın 18-də Nəsiminin ildönümünü qeyd edəcəyik və mən orada da çıxış edəcəyəm”.

P. Bülbüloğlu Parisdə ingilis dilində çıxış etməsi ilə bağlı tənqidlərə də toxunub və bildirib ki, ingiliscə bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: “Dil məsələsi mübahisəlidir. BMT-də olduğu kimi, UNESCO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Lakin mən bu tələbin nə dərəcədə qanuna uyğun olması barədə danışmayacağam. Bütün hallarda mən suallara cavab verdim. Mən bu dili ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, hələ hazırlaşacağam. Bununla yanaşı, işin içinə düşəndə də dil açılır. UNESCO-nun hazırkı çətin dövrünü nəzərə alsaq, əsas məsələ insanın beynindəkilərdir, onun hansı ideyaları irəli sürməsidir. Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli adam lazımdır. Hansı ki bu adam yeni ideyalar yanaşmalar və islahatlar təklif edə bilsin. Mənim krizis menecmenti sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam. Bir neçə il maliyyə çatışmazlığı oldu. Lakin biz bir dənə də olsun muzey və ya teatr bağlamadıq, bütün infrastrukturu saxladıq”.

Səfir Ermənistan tərəfinin onun namizədliyi ilə bağlı narahatlıqlarına və açıqlamalarına da münasibət bildirib. O deyib ki, erməni tərəfindən başqa hərəkət də gözləmək olmazdı: “Bakının mərkəzində bərpa olunmuş Ermənistan kilsəsi var. Orada erməni dilində 5 min kitab saxlanılır. Onların arasında heç Ermənistanda olmayan kitablar da var. Azərbaycan xristian dünyasına tarixi abidələrin bərpasında kömək edir. Bu, qonşularımızın dəfələrlə etdiyi növbəti təxribat hərəkətidir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR