SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Vahid Mustafayev Polad Bülbüloğlunun müdafiəsinə qalxdı- BAĞIŞLAYIN BİZİ, POLAD MÜƏLLİM!

2-05-2017, 14:07 | Oxunub: 10 031 |

Vahid Mustafayev Polad Bülbüloğlunun müdafiəsinə qalxdı- BAĞIŞLAYIN BİZİ, POLAD MÜƏLLİM!
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev YUNESKO-da çıxışı lağa qoyulan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun müdafiəsinə qalxıb.
Emtv.az istipress-ə istinadən xəbər verir ki, sosial şəbəkədə “Bülbül oğlu və qarğa uşaqları” adlı yazısı ilə o, dövlət xadimi və bəstəkarı məsxərəyə qoyanları sərt şəkildə tənqid edib.

“Mən bütün həyatımı ANS-in yaradılmasına və inkişafına həsr etmişəm və sözsüz ki, qalan ömrumü də bu yoldan dönməyəcəyəm, in şa Allah! ANS-in mövcudluğu mənim sevimli Vətənim Azərbaycana qulluğumun bariz nümunəsidir. Bu gün də Azərbaycan Xalqının Azadlığı və Məlumatlılığı – mənim və ANS-in ən böyük Şərəfidir! Azərbaycanın ən çətin anlarında biz Dərd Çəkirdik, Tariximizi Yazırdıq və gözüaçıq, bütün Varlığımızla Düşmənə meydan oxuyurduq! Amma bizimlə Azərbaycanda yaşayan digərləri də var idi – onlar da Azərbaycana Vətən deyirdilər… Bəs necə oldu ki, bir Vətəndaşa digərləri zülm etdi?
Məsələ Vətən deyəndə – kimin nəyi nəzərdə tutmasından gedir! Mən şəxsən Vətən deyəndə Anamı, Atamı, Allahın məni yaratdığı, çörək verib və yaşadan torpağımı, bu torpaqda olan əsl Dəyərləri nəzərdə tuturam.
Son günlər internetdə, sosial şəbəkələrdə Dəyərli bəstəkarımız, Əvəzolunmaz müğənnimiz, Tanınmış dövlət xadimimiz Polad Bülbüloğlunun YUNESKO-nun xüsusi iclasında ingilis dilində çıxışı lağa qoyulur. Sözsüz ki, hər bir fərdin öz mövqeyi ola bilər və həmin mövqeyi səsləndirməyə onun hürriyyəti var. Biz bu hürriyyət uğrunda qan tökmüşük və son damla qanımıza gədər də onu qoruyacağıq, amma Polad müəllimi taniyan, ona daim öz dərin məhəbbətini və sonsuz hörmətini bildirən şəxslərin də axı elə həmin ifadə azadlığı var – niyə onlar bu neqativ statuslara cavab vermir və ya küyə düşüb lağlağı edən və heç mövzunu anlamayan gənclərimizə Polad müəllimin Azərbaycanın canlı Dəyəri olduğunu anlatmırlar. Sözüm onlaradır: axı bizim Xalqımızın Polad Bülbüloğlu səviyyəsində neçə sənətkarı var?! Nə tez unutdunuz ki, bir vaxtlar bizim Azərbaycanı məhz Polad Bülbülöğlunun adı ilə tanıyırdılar.
Axı niyə doğma Azərbaycan və ya rus dilində mükəmməl danışan Polad müəllim əcnəbi ingilis dilini Lord Bayron kimi bilməlidir?! Bizim Azərbaycan dilini bilməyən ali bir məclisə hörmət əlaməti olaraq, çətin də olsa, Polad müəllimin ingilis dilində fikirini ifadə etməsi niyə ələsalma nümunəsinə çevrilməlidir? Niyə satqın sükutunuzla bu boyda Dəyərin dağıdılmasına imkan verirsiniz? Bəlkə ona görə ki, onun fonunda siz milçək kimi xırda görünürsüz?.. Bəlkə milçək kimi bir balaca yuxarı qalxıb, xırda beyninizlə düşünürsünüz ki, siz və ya sizin uşaqlarınız Bülbül olmasa böyük və gözəl görünəcəksiz? Yox! Bu səhvdir! Böyük Dəyərlərimizi dağıtsaq, xirdavat böyüməyəcək – Azərbaycan, Vətən alçalacaq, Ali Dəyərləri itirib milçəklər Diyarına çevriləcək!
Məsələ Vətən deyəndə – kimin nəyi nəzərdə tutmasından gedir! Milçək də, arı da eyni məkanda yaşayır. Milçəkdən soruşsanız ki, Vətənində gül-çiçək görmüsən? Deyəcək, yox, görməmişəm – mən yalnız peyin və nəcis görmüşəm!
Amma Arıdan soruşsanız, Vətənində peyin və nəcis görmüsən? Deyəcək, yox, görməmişəm – mən yalnız əlvan güllər və çiçəklər görmüşəm!
Bəzi Vətənpərvərlər gül-çiçək içində peyin və nəcis görür, digərləri isə çirkin bataqlıqda rəngarəng lalələr görüb hələ bir onlardan bal da yığar.
Bağışlayın bizi, Polad müəllim!
Təəssüf ki, hər kəs axtardığını tapır!”


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR