17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
"Toppuş bacı" efirdə yalandan yıxıldı? - açıqlama
Ötən gün əməkdar artist Tünzalə Əliyevanın aparıcılıq etdiyi “Yerimdəyəm” verilişində ürəyi gedib.
Aktrisanın proqram zamanı qəfil halı pisləşib, su istəyib və yerə yıxılıb. Daha sonra T.Əliyeva ayağa qalxaraq bunun əvvəlcədən planlaşdırılmış səhnə olduğunu, qəsdən belə etdiyini söyləyib. Onun bu ifadəsi isə qınaqlara səbəb olub. Hər kəs T.Əliyevanı tamaşaçını aladatmaqda günahlandırıb.
“Toppuş bacı” ləqəbli aktrisa əməkdaşımızla söhbətində bildirib ki, əslində həqiqətən də halı pisləşib:
"Veriliş zamanı özümü çox pis hiss etdim. Həqiqətən də halım pisləşdi və yıxıldım. Amma məcbur idim ki, tamaşaçıya deyim yalandan etdim. Məni izləməyə gələnlərə hörmət naminə durub dedim ki, hər şey qaydasındadır. Həmin kadrları efirə verməyə bilməzdik. Sonra gəlib deyəcəkdilər ki, quramadır. İki aydır pəhriz saxlayıram, eyni zamanda da işim çoxdur. İki verilişim var, üstəlik seriala çəkilirəm, yüküm ağırdır. Qanım aşağı düşdü, ona görə də halım pisləşdi".
T.Əliyeva 2 ay ərzində 13 kiloqram çəki atdığını deyib.
Emtv.az