SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Deputata qarşı ağır ittihamlar… – Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?

5-05-2017, 11:34 | Oxunub: 9 250 |

Deputata qarşı ağır ittihamlar… – Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?
Emtv.az xəbər verir ki, xeyli müddətdir Qafqaz Xəbər Agentliyi Tibb Universitetinin keçmiş rektoru, Milli Məclisin üzvü Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun əməlləri ilə bağlı maraqlı yazılar dərc edir. Əvvəlcə həmin yazıların çox qısa xülasəsinə nəzər salaq. Deməli, Bakı şəhər sakini Vüqar Bağırov Prezident İlham Əliyevə müraciət edərək bildirir ki, şəriki olduğu şəxsdən 3 milyon 500 min dollarını ala bilmədiyi üçün yaxın qohumu Azər Əmiraslanovla məsləhətləşir. Və Azər Əmiraslanov deyir ki, heç hara müraciət etmə, mən pulunu qaytaracam.

Həqiqətən də bir müddət sonra Azər Əmiraslanov qohumunun pulunu geri ala bilir. Ancaq 2 milyon qohumuna versə də, 1 milyon 534 min dolları özü mənimsəyir. Və şikayətçi öz pulunu Azər Əmiraslanovdan tələb edir..

Birincisi, Azər Əmiraslanov niyə qohumuna hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət bilmir..? Məgər Azər Əmiraslanov avtoritetdir, nədir ki, milyonlarla pulun “razborka”sına gedir..? İkincisi, pulu geri ala bilibsə, niyə pulun az qala 50 faizini mənimsəyir..? Heç ən biabırçı sələmçilər belə hərəkət etmir..? İndi isə Azər Əmiraslanovun başqa bir əməlinə nəzər salaq. Azər Əmiraslanov Milli Məclisin maşın qarajına məxsus avtomobil nömrəsini mənimsəyərək ona məxsus ”Azər Türk Med” MMC klinikasının balansına keçirib. Bəlkə, Azər Əmiraslanov atası ilə birgə deputat seçilib? Bəlkə, deputatlıq sizin ailəyə icarəyə verilib, cənab professor Azər Əmiraslanov..?

Bəli, professor… Allah qoymasa, bu əməllərin sahibi professordur… Görəsən, hansı normal cəmiyyətdə professor pul “razborka”sında iştirak edir..? Hansı özünə hörmət qoyan profeessor ona aid olmayan “deputat avtomobili”ndə gəzmək istəyər..? Bütün bunlar Azər Əmiraslanovun əməllərinin bir hissəsidir.

İndi isə məlum olub ki, Azər Əmiraslanov şəxsiyyət vəsiqəsi həvəskarıdır. Professorun belə bir hobbisi də varmış. Bəli, Azər Əmiraslanov düz 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib. Görəsən niyə, nə məqsədlə..? Qoy bunu hüquq-mühafizə orqanları araşdırsın. Əlbəttə, hər bir vətəndaşın nəinki itmiş sənədini, pasportunu, şəxsiyyət vəsiqəsini dəyişdirmək hüququ var. Hətta yaşla da bağlı 15-20 ildən bir qanunla şəxsiyyət vəsiqəsi dəyişməlidir.

Biz hətta vətəndaşların adını, soyadını dəyişməsini də normal qəbul edirik. Belə hallar çoxdur. Vətəndaş müəyyən yaşa çatandan sonra adı xoşuna gəlmir və müvafiq orqanlara ərizə ilə müracit edərək adını dəyişdirir. Amma belə hal insan ömründə bir dəfə, iki dəfə, lap üç dəfə ola bilər. Sonra adamın öz həqiqi adı öz yadından çıxar və qohum-əqrəbadan soruşar ki…Mənim adım nədir..?

İndi görəsən Azər Əmiraslanov niyə düz 13 dəfə şəxsiyyət vəsiqəsini dəyişib..?

Çox güman ki, bunun arxasında ciddi mətləblər dayanır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR