SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Bandotdel” də Lift İdarəsi ilə bağlı araşdırmaya başladı

4-05-2017, 10:42 | Oxunub: 9 100 |

“Bandotdel” də Lift İdarəsi ilə bağlı araşdırmaya başladı
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə maraqlanıb.

Emtv.az xəbər verir ki, bu barədə sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Şəhərdəki çoxmərtəbəli binalardakı liftlərin daim xarab olması və sıradan çıxması hüquq-mühafizə orqanlarında çoxlu suallar yaradıb.

Qeyd edək ki, son vaxtlar tez-tez polisə liftlərin əyləc rulonlarının oğurlanması və nəticədə liftlərin uzunmüddətli təmirə dayanması barədə şikayətlər daxil olur. İstintaq orqanlarının mülahizələrindən birinə görə, liftlərin xarab olmasında Bakıdakı lift strukturunda çalışan işçilərin əli var. Əlbəttə söhbət bütün əməkdaşlardan deyil, bəzilərindən gedir. Bu, şəxsi mənfəət güdmək məqsədilə edilir.

Sayt bildirib ki, Şükürov Xətai metrosu yaxınlığında yerləşən “OTIS Baku Lift” sexinin sahibkarıdır. Bu sex liftlərin quraşdırılması və montajı ilə məşğul olur. Məlumata görə, “Bakı Lift”in bir sıra əməkdaşları artıq polisdə mənimsəmə faktı üzrə dindiriliblər.

İstehsalat mərkəzinin rəhbərliyi zərurət olduqda cinayət işində adlarının təqsirləndirilən şəxs qismində hallanmaması üçün vəkillərlə tələm-tələsik müqavilə də bağlayıblar. Onu da qeyd edək ki, son zamanlar lift qəzaları nəticəsində adamlar ölüblər və xəsarət alıblar.

Bütün bu problemlərin kökünü lift xidməti göstərən və onun təmiri ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılifttəmir” İstehsalat Birliyində də axtarmaq lazımdır.

Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər tərəfindən və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.

Artıq sözügedən qurumla bağlı araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib.

Artıq onun yerinə təyinatın da olduğu bildirilir. Yaxında Şükürovun korrupsiya və vəzifədən sui-istifadə faktları ilə bağlı hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacağı bildirilir.

Qeyd edək ki, Qüdrət Şükürov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri ilə 2012-ci ilin yanvarından “Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR