SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

BAŞ LİFTÇİ İŞDƏN QOVULDU! – Böyük varidatı və 400 minlik toyla bağlı araşdırma başladı

3-05-2017, 12:00 | Oxunub: 16 329 |

BAŞ LİFTÇİ İŞDƏN QOVULDU! – Böyük varidatı və 400 minlik toyla bağlı araşdırma başladı
Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulub. Emtv.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, onun barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.

Sözügedən şəxs haqda araşdırma aparıldığı ilə bağlı bir neçə gün əvvəl məlumat yayılmışdı. Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinat da olub.

Məlumatlara görə, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn yüksək vəzifəli məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparılıb, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlər dindirilib. Bu işə xərclənən vəsait dəqiqləşdirilib.

Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur.

Onu da qeyd edək ki, Q.Şükürov uzun illər Bakı Lift İdarəsində çalışıb. O, idarədə hələ mühəndis kimi qurumdan liftlərdə istifadə edilən trosların yoxa çıxması faktı üzrə saxlanılıb. Amma həmin iş Q.Şükürovun yenidən vəzifəsinə qayıtmağa, daha sonra idarənin rəhbərliyinə gətirilməyinə mane olmayıb…

Dövlət büdcəsindən ayrılan milyonlar çırpışdırılıb
Vaxtilə Bakı Lift İdarəsində çalışmış mötəbər mənbə mətbuata bildirib ki, 2013-cü ildə Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 7 milyon manat vəsait ayrılıb və həmin vəsaitin mühüm bir hissəsi çırpışdırılıb. (Bundan sonrakı məlumatlar həmin mütəxəssisin təqdim etdiyi faktlar əsasında hazırlanıb).
Bundan başqa, 2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 50 milyon manat ayrılıb. Bu pullar da heç bir əsaslı iş görülmədən yeyilib və ya başqa məqsədlərlə xərcləndiyi göstərilərək silinib.

Mənbə deyib: “Qüdrət Şükürovun rəhbərlik etdiyi idarə Sankt-Peterburqdan gətirilən və dəyəri 8 min manat olan lifti 54 min manata sənədləşdirdi. Həm də nəzərə alaq ki, həmin vaxt dolların kursu 0,78 manatdan hesablanırdı. Yəni 8 minlik bir liftin alınmasına 54 min manat pul silindi”.

Q.Şükürov əvvəllər də medianın gündəmində olub. 2010-cu ildə ona məxsus “Range Rover” markalı maşından 210 min manat oğurlanıb. Həmin vaxt mətbuatda bu haqda geniş yazılar dərc olunub. Q.Şükürov oğurluq baş verdikdən sonra həmin maşını satıb. Onun son illər gəzdiyi Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass “Mersedes” zavodda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür. İddialara görə, Q.Şükürov təkcə bu maşının yanacağına hər gün 100-120 manat civarında pul xərcləyirmiş. O da bildirilir ki, xüsusi sifarişlə hazırlanan bu nəqliyyat vasitəsini Q.Şükürov 450 min avroya alıb. Bundan başqa, Q.Şükürovun “Range Rover” markalı, Az 10 ZZ 447 nömrə nişanlı maşınının olduğu deyilir. Bu maşının qiyməti də az deyil – 250 min dollar. Q.Şükürovun oğlu Samid Şükürovun Az 10 XO 777 nömrə nişanlı “Mercedes Qalendvagen”, nömrə nişanının sonu 447 ilə bitən “Lexsus” markalı maşınları var.

Q.Şükürovun qızının həyat yoldaşı Oqtaya 160 min dollara aldığı iddia olunan “Porşe” markalı, Az 90 OA 900 nömrə nişanlı maşın da digərlərindən geri qalmır.

Zəngin həyat yaşayan Q.Şükürovun qızı Aysel Şükürova birinci dəfə 2012-ci ildə ailə həyatı qurub. Həmin il “Kral” şadlıq sarayında düzənlənən toy məclisinə Q.Şükürov bu ilin yanvarında qızı ikinci dəfə ərə gedən zaman xərclədiyi puldan daha artığını xərcləyib. İddia olunur ki, həmin vaxt Q.Şükürov 500-550 min civarında pul xərcləyib.

Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb…
BAŞ LİFTÇİ İŞDƏN QOVULDU! – Böyük varidatı və 400 minlik toyla bağlı araşdırma başladı
Onun keçmiş qudası Rəfail Əsgərli müxtəlif dövlət orqanlarına şahidi olduğu məsələlər haqda son dərəcə ilginc bir müraciət yazıb. O bildirib ki, bir neçə il əvvəl Q.Şükürovun təklifi ilə Moskvaya gediblər. 2013-cü ilin aprelinə təsadüf edən səyahət zamanı Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.

R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb! Sitat: “Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat”dır”.

Devalivasiyadan əvvəl Şükürov manatlarını 8 milyon dollara dəyişibmiş…

Q.Şükürov 2013-cü ildə o dövrdə qudası olan R.Əsgərovdan bir neçə dəfə də xahiş edib ki, onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarsınlar. Hər dəfə 400, 500, 700 min dollar pul çıxarılıb. 2015-ci ilin fevralında – devalvasiyadan bir neçə gün əvvəl Q.Şükürov böyük panika içində manatda olan pullarını dollara çevirib. Həmin vaxt o, pullarını dollara çevirib, ailəvi dostu İlqarın adına “Bank of Baku”ya yatırıbmış. R.Əsgərov müraciətində Şükürovun banka yatırdığı məbləği də göstərib – 8 milyon dollar.

Q.Şükürovun var-dövləti bununla bitmir. Onun Bakının ən bahalı yaşayış binalarından hesab olunan “Gümüş plaza”da hər birinin qiyməti 2 milyon 500 min dollar olan 2 ədəd 5 otaqlı mənzilinin olduğu deyilir. Həmin binada Q.Şükürov yalnız ona və yaxınlarına xidmət edən Yaponiya istehsalı olan, qiyməti 400 min dolları aşan lift quraşdırtdırıb. Azərbaycan Ali Məhkəməsinin arxasındakı “Çıraq Plaza”nın 1-ci mərtəbəsindəki “Women SPA” mərkəzi də faktiki onundur. Təkcə bu mərkəzin təmirinə 4 milyon dollar xərcləndiyini qeyd edib. Hazırda həmin mərkəzi Q.Şükürovun həyat yoldaşı Aynurə Şükürova işlədir.
BAŞ LİFTÇİ İŞDƏN QOVULDU! – Böyük varidatı və 400 minlik toyla bağlı araşdırma başladı
Təbriz küçəsinin qurtaracağındakı çoxmərtəbəli yaşayış binasında 2 ədəd 4 otaqlı, Səməd Vurğun parkının yanında 2 yaşayış mənzili, Nəsimi rayonu ərazində isə oğlu Samid Şükürova bir neçə ay əvvəl böyük bir restoran aldığı da gələn məlumatlar sırasındadır. Q.Şükürov 2014-cü ildə Moskvanın mərkəzində 2 dənə 5 otaqlı mənzil alıb.

Qüdrət Şükürovun öz qızına “Alov qüllələri”ndə 160 kv-lik ev aldığı, həmin mənzili isə müxtəlif vaxtlarda 3 dəfə təmir etdirdiyi də iddialar arasındadır. Məlumatlı mənbə bildirir ki, idarə rəisinin qızının həmin evi üçün Türkiyədən 180 min manatlıq saat sifariş edilib.

2015-ci ilin fevralında Q.Şükürov Tolyattidə bacanağı Müşfiqin qardaşı Salamın adına böyük – 6 mərtəbəli ticarət mərkəzi və şadlıq sarayı alıb. Buzovna qəsəbəsində 2 böyük torpaq sahəsindəki bənzərsiz imarətləri var. Birində özü, digərində qızı yaşayır. 8-ci kilometr yaşayış massivində 16 mənzili, 3 gözəllik salonunun olduğu da iddia edilir.

Q.Şükürovun keçmiş qudasının müraciətində ilginc detallardan biri də onun Xətai rayonu ərazisində, metronun “Xətai” stansiyasının arxasındakı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində şəxsi lift firmasının olması ilə bağlıdır. O firmaya Q.Şükürovun kürəkəninin qardaşı başçılıq edir. İddia olunur ki, Bakıdakı liftlərin sıradan çıxmasına yönələn hərəkətlərə də həmin firmanın əməkdaşları tərəfindən yol verilir.

Qüdrət Şükürovun varidatının digər mənbəyi liftlərin quraşdırılması və montajı ilə bağlıdır. Belə ki, iş cədvəlində bir liftin montajı üçün 12400 manat yazıldığı halda, briqadir və fəhlələrə, sadəcə, 1440 manat pul ödənilib. Briqadalara verilən rəqəmlər sonradan lap aşağı, 800 manat səviyyəsinə qədər salınıb. Yəni bir liftin quraşdırılmasından cənab Şükürov ən azı 11 min manat qabağa düşüb.

Bütün yaxın qohumlarını – bacısı, qardaşı qızlarını, gəlinlərini Lift İdarəsinin müəssisələrində yerləşdirib
Mənbə deyib: “Nəticədə Bakı şəhərində dəyişdirilməsi planlanan liftlərin ən azı yarısı dəyişdirilməyib. Cəmi 600 lift dəyişdirildiyi halda isə hökumətə 1000 liftin yenidən montajı barədə saxta hesabat verilib. Beləliklə, 400 liftin pulu dövlətin büdcəsindən çıxarıldı”.

Bununla belə, Bakı Lift İdarəsinin dövlət büdcəsinə 8 milyon manat borcu yaranıb və onun, sadəcə, 2 milyonu ödənilib.
Bundan başqa, Bakı şəhərində dövlət binalarında istifadə olunan 5000 liftin hər birinin lazımi vəziyyətdə saxlanılması və təmirindən ötrü dövlət tərəfindən ayda 35 manat pul ayrılır. Bu təkcə bir ayda 175 min manat, ildə isə 2 milyon yüz min manat pul deməkdir!

Lakin hər kəsə məlum olduğu kimi, həmin məbləğ nəinki liftlərin lazımi vəziyyətdə saxlanılması və təmiri üçün xərclənmir, hətta sakinlərdən heç bir əsas olmadan “lift pulu” adı altında əlavə ödəniş qəbul olunur.
Bütün bu məlumatları analiz edəndə idarə rəisinin dəbdəbəli həyatı ilə bağlı gedən söz-söhbətlərin motivlərini anlamaq çətin deyil. Bu xüsusda əlavə təfərrüatlar da var.

BAŞ LİFTÇİ İŞDƏN QOVULDU! – Böyük varidatı və 400 minlik toyla bağlı araşdırma başladı
Belə ki, Qüdrət Şükürovun öz ailəsi, həyat yoldaşı və qızı üçün ayrı -ayrı maşın və sürücü tutduğu iddia olunur. Onların xərcləri isə Bakı Lift İdarəsinə tabe olan 5 müəssisənin rəhbərləri tərəfindən ödənilir. Bu da könüllülük əsasında deyil. Bu cür ödəmələrə etiraz edən vəzifəli şəxslərə büdcəyə olan borcları xatırladılır və onlar həbs olunacaqları ilə hədələnirlər.

Bundan başqa, əvvəl də xəbər verildiyi kimi, Akif Çovdarovla da əlaqələri ortaya çıxan Qüdrət Şükürov həmin vaxt MTN təmizləmələrində işdən azad edilən bir qohumunu Bakı Lift İdarəsinin bazasına müdir təyin edibmiş. Əvvəllər, sadəcə, təhlükəsizlik xidmətində çalışan həmin adamın heç bir istehsalat təcrübəsi ümumiyyətlə olmayıb.

Verilən məlumatlara görə, Qüdrət Şükürov bütün yaxın qohumlarını, bacısı, qardaşı qızlarını, gəlinlərini ixtisaslarına uyğun olmadığı halda Bakı Lift İdarəsinin müəssisələrində yerləşdirib. Həmin adamlara 400 manat maaş kəsilib. Həmin 400 manatın 250-si idarədən aldıqları rəsmi maaş, qalan 150 manat isə idarələrin öz “cib”indən bu şəxslərə ödənilir. Hər ayın axırlarında həmin xanımların yoldaşları idarəyə gəlir, “maaş”larını alıb gedirlər. Halbuki Bakı Lift İdarəsinin 250 manat maaşa möhtac olan əsl işçiləri 2 ildir əmək haqqı üzü görmürlər.

Aparılan araşdırma nəticəsində bu iddialar təsdiqlənərsə , Qüdrət Şükürovu çətin günlərin gözlədiyini söyləımək olar.

BAŞ LİFTÇİ İŞDƏN QOVULDU! – Böyük varidatı və 400 minlik toyla bağlı araşdırma başladı

BAŞ LİFTÇİ İŞDƏN QOVULDU! – Böyük varidatı və 400 minlik toyla bağlı araşdırma başladı
İddiaya görə, Qüdrət Şükürov təkcə qızının toyundan klip çəkilməsinə və qızı ilə yeni kürəkəninə mahnı yazdırılmasına 38 min dollar pul xərcləyib.
Yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində “Porşe” hədiyyə alıb”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR