SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Neftçalada “Yezid” peyda olub… – ŞİKAYƏT

3-05-2017, 12:46 | Oxunub: 9 040 |

Neftçalada “Yezid” peyda olub… – ŞİKAYƏT
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlarla bağlı mətbuata rayon sakini Gülməmməd Qaçay oğlu Əliyev və Qaramanlı kəndində yaşayan Atamoğlan Dursun oğlu Mirzəyev tərəfindən şikayət məktubu daxil olub.
Şəhər sakini Gülməmməd Qaçay oğlu Əliyev şikayət məktubunda yazır ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinə ayrılan tonlarla yanacaq idarədən kənar başqa adamlara satılır.


İdarənin həyətində gördüyünüz bu maşınların isə heç biri bu idarəyə məxsus deyil.
Şikayətçinin yazdığına görə idarəyə məxsus oilmayan qeyri adamlar idarənin yanacağından istifadə edirlər. Təbii olaraq, pulu Elçin müəllimə saymaq şərti ilə. Ona görədə illərdir bu idarəyə müdirlik edən Elçin Əsədov “bacarığı” sayəsində Bakıda və Neftçalada möhtəşəm villalara sahibdir.
Hazırda Neftçalanın əksər kəndlərinin suvarma suyu ilə təminatının acınacaqlı vəziyyətdə olduğunu qeyd edən şikayətçinin sözlərinə görə, xüsusilə Aşağı Qaramanlı, Pirəbbə, Cəngan, Qədimkənd, Ballıcalı, Xol Qarabucaq, Mürsəqulu və Şorkənd kəndlərində əhali suvarma suyuna həsrətdir:

“Səbəb dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, müəyyən məqamlarda yeyintiyə yol verilməsidir.
Rayon sakinlərindən Qaramanlı kəndində yaşayan Atamoğlan Dursun oğlu Mirzəyev isə qeyd edir ki, rayon camaatı dəfələrlə məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətində olaraq, problemlə əlaqədar ətraflı məlumat veriblər.
Lakin indiyədək heç kim Elçin Əsədovun buraxdığı səhvləri aradan qaldırması ilə bağlı heç bir tədbir görməyib: “Görünür, onun “Meliorasiya və Su Təsərrüfatı” ASC-də güclü himayədarı var”
.

Bu gün Neftçalada kənd təsərrüfatı ilə məşğul olmağın mümkünsüz olduğunu vurğulayan sakinlər bunun başlıca səbəbi kimi suvarma suyunun olmaması, uzun fasilələrlə verilməsini göstərirlər: “Biz Neftçalalıların tək dolanışıq yeri dəniz, yəni balıqçılıq və bir də kənd təsərrüfatıdır. Lakin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun əksər kəndləri suvarma suyu ilə təchiz olunmadığından camaat olduqca ağır vəziyyətlə üz-üzə qalıb. Torpaq sahələrimiz boş-boşuna qalıb, bizsə heç nə əkib-becərə bilmirik.
Axı, su olmayan yerdə nə əkmək, nəyi becərmək olar? Təbii ki, heç nəyi. Vallah, artıq dərdimizi deməyə adam da tapa bilmirik. Hara, kimə müraciət ediriksə, bizi ya başlarından edirlər, ya da ümumiyyətlə olub-bitənlərə əhəmiyyət vermirlər. Suvarma suyu olmadığından heyvandarlıqla da məşğul ola bilmirik. Son illər rayon camaatından demək olar ki, heç kim kənd təsərrüfatından xeyir götürə, nə də ki, mal-qarasını artıra bilib”.


Neftçala Suvarma sistemləri İdarəsinin rəisi Elçin Əsədovun nəzarətində olan SİB –lərin (Sudan İstifadə edənlər Birliyi ) fermerlərlə qanuna uyğun qaydada müqavilə bağlamaqda maraqlı olmadığını bildirən rayon camaatı iddia edir ki, onlar , dövlət rüsumundan əlavə hər hektara 200 manat pul tələb edir: “Bu isə biz Neftçalalıların narazılığına səbəb olur. Axı, niyə biz SİB-ə nə isə artıq bir şey ödəməliyik. Dövlət rüsumu nə qədərdirsə biz də həmin məbləği ödəməyə hazırıq. Ondan artığını verə bilmərik. Lakin qarşı tərəf ya bunu başa düşmür, ya da ki, israrla başa düşmək istəmir.
Məhz elə buna görə də Elçin Əsədovun rəhbərlik etdiyi idarə camaata divan tutur. Belə ki, torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq qarşı tərəfin də maraqlarını nəzərə almalıdır. Söz yox ki, istifadə olunan suyun müqabilində dövlət tərəfindən nəzərdə tutulmuş rüsum var. Yəni, hər kubmetr suya görə ödənilən məbləğ mövcuddur. Lakin Neftçala Suvarma Sistemləri İdarəsi üçün qanunda nəzərdə tutulan məbləğ əhəmiyyət kəsb etmir. Çünki idarənin özünün müəyyən etdiyi rüsumlar var və suvarma suyu istəyən hər kəs həmin məbləği ödəməlidir. Əks halda, hara və kimə şikayət etmənizdən asılı olmayaraq heç kimə su verilmir”.


Bundan başqa bir neçə gün bundan əvvəl Neftçaladan bir qrup balıq yetişdirən sahibkar ölkə rəhbərliyinə müraciət edərək, Elçin Əsədovun onları “soğan qabığı kimi soymasına” “dur”, deyilməsini xahiş etmişdilər.

Onu da qeyd edək ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutr. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Hazırda mövsüm başlayır və sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır. Lakin balıq yetişdirən və ölkəni kənd təsərrüfatı malları ilə təmin edən sahibkarlar qanuni yolla bu gölməçələrə su vura bilmirlər . Çünki Neftçala Suvarma Sistemləri İdarəsi onlara su verməkdən imtina edir. Tələb isə çox konkret və açıqdır.Balıq yetişdirilən gölməçələrə su vurulması üçün hər bir hektara görə 200 manat pul istəyir. Pulunu verən suyunu alır, verə bilməyən isə ala bilmir. Hər şey bu qədər bəsit və bu qədər konkretdir.

Xatırladaq ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət gösətir. Hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdir. Və adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar Elçin Əsədova 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir.

Etiraf etməliyik ki, hər bir sahibkarın dövlət rüsumundan savayı Elçin Əsədova bu qədər pul verməyə zorlanması son nəticədə balığın bazarda çox bahalaşmasına səbəb olur. Və hər bir sahibkar tələb olunan bu pulu ödəyə bilmir. Yəni faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” Elçin əsədov həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına yol açır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR