SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvanlılardan ermənipərəst imici yaratmaq, ən azından şərəfsizlikdir!” – Rövşən Tağıyev

3-05-2017, 10:53 | Oxunub: 8 471 |

“Naxçıvanlılardan ermənipərəst imici yaratmaq, ən azından şərəfsizlikdir!” – Rövşən Tağıyev
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb. R.Tağıyev dünən bir sıra saytlarda haqqında yayılan məlumatları özünə və ailəsinə qarşı həyata keçirilmiş təxribat adlandırıb.

BUAK sədrinin mətbuata daxil olan müraciətində deyilir: “Son dövrlər Azərbaycanın bir sıra saytlarında Ukrayna diasporunun tanınmış simalarına qarşı sifarişli şər və böhtan kampaniyası aparılmaqdadır. Çox maraqlıdır, indiyədək mediada şər və böhtana məruz qalan soydaşlarımızın əksəriyyəti erməni vandalizminə qarşı kəskin mübarizə aparan, xüsusən də, hər il Xocalı soyqrımı zamanı Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında iştirak edən insanlardır.

Ötən il Dünya Azərbaycanlılarının IV qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişəm. Bu il fevral ayının 27-də isə Amsderdamda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişəm. Son 3-4 ayda Azərbaycan mediasında haqqımızda olmazın şər–böhtan kampaniyası aparılır. Nə yazdılar, dedik, ötüb keçər. Fikir verin, görün nə qədər şər, böhtana əl atırlar? Mayın 2-də Azərbaycanın bir sıra saytları bizimyol.info saytına istinadən növbəti yalan məlumat yaymaqla, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri olaraq mənim və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasovun şərəf və ləyaqətini alçaltmaqla, ictimai nüfuzumuza xələl gətirən təxribat xarakterli yazı dərc ediblər.

Bu saytlar 2016-ci il sentyabr ayının 23-də Kiyev şəhərində Rom və Yəhudi xalqlarının soyqrim günü ilə bağlı Ukraynada fəaliyyət göstərən azsaylı xalqların iştirak etdiyi tədbirdən çəkilmiş fotoşəkilləri internetdən götürərək bunu mən və Qurban Abbasovun guya bu il aprel ayının 24-də ermənilərin qondarma “soyqrım” tədbirində iştirakı kimi təqdim ediblər. Bu, birbaşa Azərbaycan ictimaiyyətində bizə və ailəmizə qarşı nifrət hissi yaratmaqla, şərəf və ləyaqətimizi alçaltmaqdır. Artıq bu cür yalan, təxribat xarakterli məlumatın sifarişçiləri, onu yayanlar qırmızı xətti keçdilər. Mən bu saytların haqqımızda ermənipərəst imici yaratmasını birmənalı olaraq özümüzə, ailəmizə, ölkəmizə və ata-baba yurdumuz Naxçıvanın adına yaxılan qara ləkə kimi qiymətləndirirəm. Və buradan bu məlumatı məqsədyönlü şəkildə sifariş verib yazdıran alçaqlara səslənib deyirəm. Azərbaycanın vətənpərvər insanları, o cümlədən tarixən dövlətçiliyimizin inkişafında layiqli mübarizə aparan naxçıvanlılardan ermənipərəst imici yaratmaq ən azından şərəfsizlikdir. Qurban Abbasov Ukraynanın xalq artistidir. Onunla bağlı həm bir yerli, həm də bir qeyrətli azərbaycanlı kimi fəxr edirəm. Mən bu yazını yazanları və onun arxasında duranları çox yaxşı tanıyıram. Kimin ermənipərəst, kimin isə əsl vətənpərvər olmasını isə məhkəmə vasitəsi ilə ayırd edərik.

Onu da qeyd edim ki, bu yazılarla bağlı artıq Ukraynanın və Azərbaycanın müvafiq orqanlarına müraciət etmişəm”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR