SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Hansı kanalı açırsan, onu görürsən, qoy olsun, pulu var, edir" - əməkdar artist

2-05-2017, 12:35 | Oxunub: 14 219 |

"Hansı kanalı açırsan, onu görürsən, qoy olsun, pulu var, edir" - əməkdar artist
“Hər kəs xəstələnə bilər. Elə xəstəliklər var ki, o, insanın həyat tərzi, düzgün olmayan mövqeləri ilə əsəblərini pozur. Bunun da adı çox pis səslənir ki, əsəb xəstəliyi. Əslində əsəbi insan deyiləm. Çox sakit adamam. Baş verən bütün prosesləri ürəyimə atıram. Daxilimdə özümlə mübarizə aparıram”.

Bu sözləri əməkdar artist Firuzə İbadova “Şou məkan” verilişində deyib.

Son günlər əsəb pozuntusundan əziyyət çəkən müğənni bildirib ki, ailəsinin həm qadını, həm də kişisidir:
“Düz danışdım, düz danışmayan biri kimi təqdim etdilər. Bu cür hadisələr insanın psixoloji durumuna təsir edir. Hər şeydən küsürsən, imtina edirsən. Mən o qadınlardanam ki, evin atası, əri, oğlu olmadığı üçün özüm halal qazancımı evimə gətirirəm, ailəmi dolandırıram. Mən ailəm üçün pul qazandığıma görə yenidən ailə qurmağa önəm verən adam deyiləm. Bir qadın olaraq, oğlumda olsaydı, yenə ailə qurmazdım. Övladı olan ananın ailə qurmasını birmənalı şəkildə qəbul etmirəm. Mən öz uşağıma elə bağlı, vəfalı, etibarlıyam ki, hətta ikinci övladımı dünyaya gətirmədim ki, digəriylə sevgisini bölməyim”.

F.İbadova “Oyuq Uşaq Teatr”ına musiqi rəhbəri təyin edilməsindən söz açıb:

“Səidə Haqverdiyevadan belə bir təklif aldım. Çox etimaddoğrulducu bir xəbər oldu. Çox sevindim ki, Abdulla Şaiq adına Kukla Teatrının nəznində olan “Oyuq Uşaq Teatr”ına musiqi rəhbəri kimi dəvət olundum. Orda körpələrimizə klassik və müasir bəstəkarlarımızın, həm uşaq mahnılarını, həm köhnə, keyfiyyətli musiqilərimizi öyrədəcəm”.

F.İbadova xanım gənc həmkarlarından şikayətlənib:

“Mən sənətə gələndə demirdim ki, dəbdəbəli evim olsun. Necə ki, indi də yoxdur. Dəbdəbəli evim, maşınım, bağım olsun istəməmişəm. Dəbdəbəli mahnı istəyirdim. Bir də görürsən ki, hansısa müğənni 3-4 il oxudu. Hansı kanalı açırsan, onu görürsən. Qoy olsun, pulu var, edir. 3-4 ildən sonra həmin müğənni yox olur. Bir nəfər biznesmen, bir nəfər pullu adam tapılır və həmin qızı götürüb aparır. O adamlara müğənnilik lazım deyil. Müğənnilik mənə lazımdır”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR