18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Keçmiş ərindən Günaya sərt ittihamlar: "Oğlumu göstərmir, onu Allaha tapşırıram"
Aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşandıqdan sonra Sarah Skotla evlənərək ABŞ-a köçmüşdü.
Bu evliliyindən Mia adlı qızı olan Karel Türkiyəyə qayıdıb. O, Günayla evlilikdən olan oğlu Cahangiri ona göstərmədiyini iddia edib:
"Oğlumu görə bilmirəm. Bu həftə prokurorluğa müraciət edib onu görməyə çalışacağam. Çox darıxıram. Mia da, Cahangir də mənim övladlarımdır. Onların görüşüb yaxşı bacı-qardaş olacaqlarını düşünürəm. Keçmiş xanımımı isə pis sözlərinə görə Allaha tapşırıram".
Karel məhkəmədə "Pulum yoxdur" deyərək Cahangirə aylıq 500 lirə (təxminən 250 manat) ödədiyi halda, yeni xanımına 600 min lirəlik (təxminən 300 min manat) avtomobil alması barədə suala isə belə cavab verib:
"Alimenti ödəməyim yalandır. Alimenti də ödəyərəm, 600 minlik avtomobil də alaram. Mənim üçün dəyərli olduğu üçün aldım. Keçmiş xanımıma da almışdım".
Aktyorluqdan uzaqlaşdığını açıqlayan Karel "Artıq iş adamıyam. ABŞ-da sağlamlıq sahəsi, saç əkilməsi ilə bağlı böyük yatırımlar etdim. Türkiyəyə qayıtmağı düşünmürəm" deyib.
Emtv.az