17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ŞOU BİZNESDƏ EVLƏNƏNLƏR VƏ BOŞANANLAR-2015
2015-ci il yerli məşhurların əksəriyyətinin şəxsi həyatında dəyişikliklərlə yadda qaldı.
"EMTV.az" bu il ərzində boşanan, nişanını qaytaran və toy edən məşhurların siyahısını təqdim edir.
İlin ən səs-küylü ayrılığı Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva ilə Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarov arasında olub. Onlar 30 aprel 2006-cı ildə ailə qurublar. Emin və Leylanın Əli və Mikayıl adlı əkiz övladları var. Ayrıldıqdan sonra onlar dostluq münasibətlərini davam etdirərək tədbirlərdə bir araya gəliblər.
Dörd il əvvəl ailə quran azərbaycanlı model Günay Musayeva ilə aktyor Tolqa Karel rəsmi şəkildə boşanıblar. Onların qalmaqallı şəkildə ayrılması Türkiyə və Azərbaycan mediasında uzun müddət gündəmdə qaldı. Günay və Tolqa cütlüyü 2011-ci ildə ailə qurub. Cütlüyün Cahangir adlı bir oğlu var.
Müğənni Elton Hüseynəliyev və prodüser Toma cütlüyü avqustda rəsmən boşanıb. Lakin son vaxtlar onların barışması xəbərləri də yayılıb. Cütlüyün iki qız övladı var.
Model Minarə Allahverdiyeva prodüser həyat yoldaşı Cenk İçtənlə ayrılıb. Onlar 2014-cü ilin fevralında ailə qurub. Cütlüyün Məryəm Nur adlı bir qızı var. Bu hər iki tanınmışın ikinci evliliyi idi.
Aktyor Cabir İmanov Ayla Aslanova adlı həyat yoldaşından ayrılıb. Onların evliliyindən iki övladı var. Lakin C.İmanov bu il ikinci dəfə ailə həyatı qurub.
ATV kanalında idman xəbərlərinin eks-aparıcısı, hal-hazırda özünü "Bacanaqlar" serialında aktrisa kimi sınayan Aysel Nazim həyat yoldaşından ayrılıb.
"The Best Model Of Azerbaijan 2006"nın qalibi, model Rüstəm Cəbrayılov həyat yoldaşından rəsmi şəkildə boşanmasa da, ayrıldığını etiraf edib.
Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər ikinci dəfə nişanını qaytarıb.
İL ƏRZİNDƏ AİLƏ QURUB SUBAYLIĞIN DAŞINI ATANLAR DA OLDU.
Ən çox müzakirə olunan evliliklərdən biri meyxanaçı Namiq Qaraçuxurlunun olub. Belə ki, sənətçi eyni zamanda iki toy edərək dostları üçün ayrıca məclis keçirib. Media Namiqin evləndiyi xanımın görüntüsünü heç cür əldə edə bilməyib
ANS TV-nin aparıcısı Elgiz Əkbər də bu il ailə quranlar siyahısındadır. O, Əsmər adlı xanımla nikah masasına oturub. Aparıcı toyunu mediaya qapalı etmişdi. Bu yaxınlarda isə Elgiz ata olacağını açıqlayıb.
Azərbaycanlı model Ləman türkiyəli prodüser Sipan Baburla ailə qurub
"Qəbələ" klubunun yarımmüdafiəçisi Vaqif Cavadov subaylığın daşını atıb. Futbolçu Səbinə adlı xanımla ailə həyatı qurub.
“Muğam müsabiqəsi”nin iştirakçısı, xanəndə Könül Tağıyeva sentyabrda ailə qurub.
ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın Türkiyədə Özgür adlı iş adamı ilə ailə qurub. Bu, aparıcının ikinci evliliyidir
Ukraynada keçirilən "Ukraynanın səsi" yarışmasından tanınan Vaqif Nağıyev Elmira adlı xanımla nikah masasına oturub. Müğənni özünə iki dəfə - biri Ukraynada, digəri isə Bakıda toy edib.
AzTV-nin aparıcısı Emil Şahzadə Könül adlı xanımla ailə qurub.
ATV telekanalının aparıcısı, 106 FM-in diceyi Nurlana Cəfərova Mehmet Uğur adlı Türkiyə vətəndaşı ilə nikaha girib.
Repçi Orxan Zeynallı (AİD) Ülviyyə adlı xanımla ailə qurub.
İlin diqqət mərkəzində olan toylarından biri əməkdar artist Elza Seyidcahanın qızına məxsus idi. Gülşən Elxan Əlisatov adlı fotoqrafla ailə qurub. Toy mərasimində Elzanın ayrıldığı həyat yoldaşı da iştirak etmişdi
Gənc Tamaşaçılar Teatrının aktrisası Nigar Bahadırqızı Türkiyə vətəndaşı Ersel Aktara ərə gedib.
Müğənni Manaf Ağayevin qızı Səmayənin toyu olub. Bu, M.Ağayevin qızının ikinci toyudur. Səmayə xanım 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəninin narkotik maddə aludəçisi olduğunu bildirmişdi.
"Şeron" qrupunun keçmiş üzvü, müğənni Nicat Rəhimov Nuranə adlı xanımla nikah masasına oturub.
ATV-nin aparıcısı İslam Mehrəliyev uzun müddət nişanlı olduğu Nəzrin adlı xanımla ailə qurub.
Müğənni Əlikram Bayramov oğlu Qalib üçün üç gün toy edib. Sənətçi açıqlamasında mərasimin birinin rayonda baş tutduğunu bildirib. Paytaxtda keçirilən iki məclisin birində yalnız ifaçının sənət dostları, digərində isə qohumları iştirak edib.
Müğənni Cabbar Musayevin oğlu Fərhad Təranə adlı xanımla ailə qurub.
Azərbaycan Millli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlunun toyu olub. Xatırladaq ki, Mir Cəlal Paşayev məşhur yazıçı olan babası Mir Cəlal Paşayevin adını daşıyır. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əmisi oğludur.
Aparıcı Günel Hümbətova Firuz Soliyev adlı gənclə nikah masasına oturub. Uzun müddətdir xaricdə olan aparıcının toyu Las-Veqasda baş tutub.
Müğənni Aytac Vidadiqızı, aparıcı Günel Musəvi, model İlqar Əliyev də nişanlanıb.