SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Azərsu”nun qəbzləriylə bağlı qalmaqal – Başqa ad-soyadlar, yalnış kod…

1-05-2017, 11:03 | Oxunub: 8 246 |

“Azərsu”nun qəbzləriylə bağlı qalmaqal – Başqa ad-soyadlar, yalnış kod…
Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər qəribə kommunal problemlə qarşılaşıblar.

Emtv.az xəbər verir ki, əhərcik sakinlərinin sputnik Azərbaycan-ın redaksiyasına ünvanladıqları məktubda qeyd olunur ki, şəhərciyin su təminatı bu il yanvar ayının 1-dən “Azərsu”nun birbaşa nəzarətinə keçib. Elə bütün problemlər də “Azərsu” ASC-nin şəhərciyə “girməsindən” sonra başlayıb. Vətəndaşlar ayın sonunda mənzillərinə gələn su qəbzlərində maraqlı mənzərə ilə qarşılaşırlar. Qəbzlərdə sakinlərin öz adı yox, tanımadıqları insanların adı göstərilir. Bu problem artıq 4 aydır davam edir. Yerli sakinlər dəfələrlə “Azərsu”nun Xırdalan şəhər bölməsinə müraciət etsələr də, hələ də məsələ tam olaraq öz həllini tapmayıb. Bu yaşayış kompleksində yaşanan su problemi həm də çoxşaxəlidir. Belə ki, sakinlərdən birinin mənzilinin qapısına yapışdırılan bildirişin, həmin şəxsə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur, başqa bir sakinin mənzilinə gələn bildirişdə öz ad-soyadı göstərilsə də, mənzilin nömrəsi və sayğacın kodu səhv göstərilib. Yaxud mənzilin nömrəsi düz, lakin başqa ad-soyadlı bildiriş alan sakin də var.

“Bu il yanvarın sonlarında “Azərsu”yun şəhərciyə təhkim olunmuş əməkdaşları mənzilimə gəldilər ki, sayğac möhürlənməli və mənzilinizin su təminatı “Azərsu”yun balansına keçməlidir. İşlərini gördülər, mənzilin və sayğacın nömrəsini qeyd etdilər və üstəlik yanvar ayında sərf etdiyim suya görə şərti olaraq 11 manat alıb getdilər. Növbəti ayın sonunda giriş qapıda bildiriş gördüm, amma tamam başqa adamın adı və ünvanın qeyd olunmuşdu” — deyir şəhərcik sakini Tural Məmmədov.

Onun sözlərinə görə, həmin bildirişi götürərək “Azərsu” nümayəndəliyinin şəhərcikdəki məntəqəsinə üz tutub: “Bildirişə baxıb, “texniki səhv gedib” dedilər və yenidən mənim sənədlərimlə tutuşdurub, sayğacımın və mənzilimin nömrəsini öz kitablarına qeyd etdilər. Söz verdilər ki, bir daha səhv təkrarlanmayacaq. Martın sonunda yeni bildiriş aldım, yenə eyni vəziyyət — həmin adamın ad-soyadı və ünvanı”.

Sakin bu dəfə heç yerə yaxınlaşmır və bir az da gözləməyi üstün tutur: “Dedim, görüm apreldə necə olacaq. Bu dəfə də vəziyyət dəyişmədi — yanlış ünvan, yanlış ad-soyad. Üstəlik bu dəfə 38 manat borc məbləği ilə. Anlamıram, kimlərinsə səriştəsizliyi ucbatından biz niyə əziyyət çəkməli, stress keçirməliyik? Elementar işlərini görə bilmirlərsə, niyə o stulları zəbt ediblər? Belə də olmaz axı!”

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da etiraf edib ki, həqiqətən də Abşeron Gənclər Şəhərciyində belə bir problem var: “Olur ki, bir vətəndaşın bildirişi digər vətəndaşın ünvanına göndərilir. Bununla bağlı “Azərsu” ASC-nin əməkdaşları inventarizasiya aparır. Çünki ilkin kodlar açılarkən “Akkord” şirkətinin nümayəndələrinin verdiyi siyahı əsasında kodlaşdırılıb”. “Verilən səhv siyahı bu cür problemin yaranmasına səbəb olub. Vətəndaşlar müraciət etdiyi zaman biz bunları araşdırırıq və yenidən inventarizasiya işləri aparırıq. Bu zaman heç bir şəxsə əlavə və səhvən borc yazılmır. Vətəndaşın öz sayğacının göstəricilərinə uyğun olaraq öz borcunu ödəyir” — Cəbrayıllı bildirib. Mətbuat xidmətinin rəhbəri vətəndaşlara da müraciət edib: “Bu problemlə qarşılaşan şəxslərin bizə müraciət etməsini xahiş edirik. Bizə müraciət etsələr, problemi tez bir zamanda aradan götürərik”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR