SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda universitet müəlliməsi mağazadan oğurluq edərkən görüntüləndi - VİDEO

27-04-2017, 14:25 | Oxunub: 8 688 |

Bakıda universitet müəlliməsi mağazadan oğurluq edərkən görüntüləndi - VİDEO
Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi anbaan mağazanın nəzarət kameraları tərəfindən lentə alınıb.

Oğurluq anını əks etdirən videogörüntülər mağazanın sosial şəbəkədəki hesabından paylaşılıb. Hadisə Nəsimi rayonu ərazisində baş verib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin yaxınlığında yerləşən mağazada baş verib. Mağaza özünün instagramdakı “Fidash_luxury_boutique” səhifəsindən hadisənin videogörüntüsünü paylaşıb.

Videogörüntülərdən aydın olur ki, mağazaya daxil olan xanım əvvəlcə baxdığı paltarlardan birini seçərək kənara qoyur. Daha sonra isə həmin paltarı cəld şəkildə çantasına yerləşdirir. Oğurluq əməlini törədən şəxsin kimliyi ilə bağlı isə maraqlı fakt ortaya çıxıb.

Məlum olub ki, görüntülərdəki xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəlliməsidir. O, universitetin kimya-texnologiya fakültəsinin müəlliməsi, dosent Tamara Ayralovadır.

Məsələ ilə bağlı ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərovla əlaqə saxlanıldı.
B.Nəzərov məsələni araşdırdıqdan sonra mətbuata bildirib ki, Tamara Ayralova hazırda 10 günlük məzuniyyətədir. B.Nəzərov qeyd edib ki, adıçəkilən müəllimə öz hesabına məzuniyyətə çıxdıqdan bir neçə gün sonra rəhbərlik bu hadisədən xəbər tutub.

“Rəhbərliyin bu hadisədən məlumatı var. Dünəndən Tamara Ayralaova ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmaq istəyirlər. Ancaq telefonu söndürüldüyündən onunla əlaqə saxlamaq mümkün olmur” - deyə B.Nəzərov açıqlamasına əlavə edib.

Sonda Tamara Ayralovanın universitetdə mühazirə deyərkən çəkilmiş fotosunu da təqdim edirik:

Bakıda universitet müəlliməsi mağazadan oğurluq edərkən görüntüləndi - VİDEO



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR