18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İngilis deputat erməniləri BİABIR ETDİ: “Edvard Nalbandyanın arvadı ilə…”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ilin yanvarında keçirilmiş qış sessiyasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı məruzə ilə çıxış edən britaniyalı deputat Robert Uolter bu günlərdə maraqlı açıqlamaları ilə yadda qalıb.
R.Uolter Ermənistanın mediasına açıqlamasında ermənilərin onun haqqında səsləndirdikləri ittihamlara cavab verib.
Bu məruzədən sonra erməni lobbisi və rəsmi İrəvan britaniyalı deputatın Bakı tərəfindən “satın alındığını” iddia etmişdi.
R.Uolter isə bunun mümkün olmadığını, yalan ittihamlar olduğunu bildirib.
“Mən heç vaxt heç bir hökumətdən pul götürməmişəm. Lakin Ermənistan nümayəndə heyətinin üzvlərindən biri mənim adımı korlanmış nümayəndələr sırasında çəkir. İndiyə qədər Makedoniya, Macarıstan və digər ölkələrlə bağlı məruzələr hazırlamışam. Hətta Ermənistandan keçirilən prezident seçkilərində də müşahidə missiyasının tərkibində idim. Lakin heç vaxt heç bir hökumətdən pul almamışam”, – deyə o vurğulayıb.
Britaniyalı deputat qeyd edib ki, Dağlıq Qarabağla bağlı məruzənin hazırlaması üçün onu insan haqlarının müdafiəsi Komissiyası məruzəçi olaraq seçib: “Çünki mən dedim ki, İrəvanda yaxşı dostlarım var, bir sıra nazirlər, o cümlədən Edvard Nalbandyanla yaxın dostam. Mən Edvard Nalbandyanın evində arvadı və özü ilə birlikdə nahar etmişəm. Bu münasibətlərə görə məni məruzəçi olaraq seçdilər. Lakin bu gün Nalbandyan mənimlə danışmır”.
R.Uolter Azərbaycanın onu pulla satın alması ittihamlarının absurd olduğunu bildirib.
Emtv.az