18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ
“İdman zallarında satılan əlavələr insanların sağlamlığına ciddi ziyan vurur”.
Emtv.az trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, idman zallarında məşq edən adi insanlar da orada müxtəlif kimyəvi əlavələrdən istifadə edirlər: “Əgər o əlavələr qanunda öz əksini tapmayıbsa, biz qanuna dəyişikliklər etməliyik. Bu bizim gənclərimizin sağlamlığı üçün zəruridir. O əlavələrin tərkibində müxtəlif proteinlər var ki, insanlar onlardan istifadə edirlər, sonra da sağlamlıqlarına ciddi ziyan dəyir. Biz istəməzdik ki, həmin zallarda məşq edən insanlara keyfiyyətsiz məhsullar satılsın”.
Nazir qeyd edib ki, son vaxtlar bütün idman zallarında xüsusi vitrinlər qoyulub və belə kimyəvi əlavələr satılır: “Əksəriyyəti də çalışır ki, ucuz alıb baha satsın. Ucuz malın da keyfiyyəti olmur, sağlamlığa ciddi ziyan vurur. Yəni biz ancaq peşəkar idmançıları deyil, sadəcə məşq edən, idmanı sağlam həyat tərzi kimi qəbul edən insanları da qorumalıyıq”.
Emtv.az