18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Toy etməsəydim, qızı mənə verməzdilər" - özündən 28 yaş kiçik xanımla evlənən polkovnik
Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə toyu barədə mətbuata danışıb.
60 yaşlı polkovnik yayılan xəbərləri təkzib edib:
"Xeyr, mən üçüncü dəfədir evlənirəm. Mən özüm boşanmamışam. Boşanma avtomatik olub. Biz uzun illər bir yerdə yaşamamışıq. Bu da məndən asılı olmayan səbəblər idi, müharibənin fəsadlarıydı. Ona görə biz yadlaşmışdıq və ayrıldıq. Üç oğlum var. Oğlanlarım yetkinlik yaşına çatıblar, birinin yaşı 30-u keçib".
Polkovnik bildirib ki, bu, onun sonuncu evliliyi olacaq:
"Bu artıq sonuncu evliliyimdir. İkinci dəfə evlənəndə də deyirdim ki, sonuncu dəfədir. Gülşən xanımı özüm seçmişəm, üç ildir bir yerdə çiyin-çiyinə işləyirik. Hər gün bir yerdəyik. İkinci dəfə boşanmağımın səbəbi o idi ki, bizi tanış eləmişdilər.
Onun ailəsi evliliyimizə razılıq verib. Toyumuzda da ailə üzvləri iştirak edirdilər. Mən toy eləməyə də bilərdim. Ancaq o qız uşağıdır, heç vaxt toyu olmayıb, gəlin paltarı geyinməyib. Ona görə də toy etməsəydim, onu mənə verməzdilər. Toyumuzda bütün adət-ənənələrə riayət olunub".
Qeyd edək ki, ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin özündən 28 yaş kiçik olan Gülşən Heydərova ilə ailə qurması mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Emtv.az