SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

VİLYAM HACIYEVƏ TƏRİF NƏ ÜÇÜN LAZIMDIR VƏ YA İMİŞLİ İSTANBULUN NƏRƏSİ?

25-04-2017, 11:03 | Oxunub: 7 098 |

VİLYAM HACIYEVƏ TƏRİF NƏ ÜÇÜN LAZIMDIR VƏ YA İMİŞLİ İSTANBULUN NƏRƏSİ?
Video görüntünü redaksiyaya təqdim edən şəxs meşəni məhv edən Əfrail adlı iş adamına “nədən bu meçəni məhv edirsən?”- sualına, “Prezidentin Fərmanı var pambığ əkəcəyəm” – deyə cavab verir. Göründüyü kimi adam ölkə başçısının adından istifadə etməklə yalan danışır. Cənab Prezidentin pambıq əkməyin vacibliyi və ya məcburi hal olması ilə bağlı Fərman verdiyini söyləyir. Bəs Prezidentin müvafiq Sərəncamı ilə artıq beş ildir ki, İmişlidə rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Vilyam Hacıyev nə etdi?

Tərif arzuolunmayan, sevilməyən nəsnə deyil. Yaşından, cinsindən. hətta görəvindən aslı olmayaraq hər kəs tərifi sevir. Amma bu hal şəxs məhz haqq edəndə daha yerində və xoş təsiredici olur. Ötən gün İmişlidəki mənbədən mətbuata daxil olan məlumat olduqca maraqlı idi. İmişli rayon icra hakimiyyətinin bəzi görəvliləri illərlə “dostluq” etdikləri mətbuat orqanlarının rəhbərlərinə cənab Hacıyevi tərifləmək xahişlərinə başlayıblar. Hətta bir mətbuat orqanı bu məsələdə bir az da irəli gedərək İmişlinin inkişaf etdiyini görməyən, cənab Hacıyevi tənqid edən həmkarlarını qərəzli adlandırıb. Bu hal bizə bir müddət öncə Vilyam Hacıyevə yaxınlığı ilə seçilən kənd bələdiyyə sədrlərindən birinin İmişlidən hazırlanan, heç bir maarifləndirici funksiyası olmayan, sadəcə lüzumsuz əyləncə xarakterli televiziya verlişində “İmişli kiçik İstanbuldur” ifadəsini xatırlatdı. Xatırladaq ki, həmin bələdiyyə sədri verlişdə icra başçısını təriflədiyindən dolayı “xüsusi əhəmiyyətli kadr” olması havasına necə düşmüşdüsə, regional qəzetlərdən birinin ağır xəstə olan baş redaktorunun, ona hədiyyə etdiyi və ən başlıcası üstündə ölkə başçısının şəkli olan qəzeti əzib, jurnalistin sifətinə çırpmışdı. Və bu məsələdən cənab Vilyam Hacıyevin də xəbəri olmuşdu. Çünki həmin jurnalistin hadisə ilə bağlı mətbuatda audio – müsahibəsi də səslənmişdi. Amma Vilyam Hacıyev hadisəni ənənəvi qaydada sükutla müşahidə etmişdi. Prezidentin şəkli olan qəzeti əzib jurnalistin sifətinə çırpan həmin bələdiyyə sədri isə bu gün də görəvindədir. Bəs İmişli necə, İstanbuldurmu? Diqqətli oxucuların nəzərinə çatdıraq ki, bir neçə aydır hər hansı məqsəd güdmədən və zərrə qədər qərəz olmadan Vilyam Hacıyevin artıq beş ildir ki, rəhbərlik etdiyi İmişli rayonunda baş verən əksər hadisələri izləyir, operativ olaraq dərc edirik. Hətta bu rayonla bağlı dərc etdiyimiz əksər məqalələrin sonunda “Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq” – cümləsini yazırıq. Lakin İmişli rayon icra hakimiyyətindən, o cümlədən mətbuatla iş üzrə görəvləndirilmiş bir şəxs belə nə elektron poçtumuza hər – hansı cavab məktubu yazmayıb, nə də telefon zəngi etməyib. Ən yaxşı metod susaraq müşahidədir. Və yenə qayıdırıq əvvələ. İmişli İstanbuldurmu? Və ya biz gördüklərimizi qələmə aldığımız üçün qərəzliyikmi?

Artıq bir neçə dəfə dərc etdiyimiz mövzuya qayıdaq. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan, rayon mərkəzini iki hissəyə ayıran MTS adlı su kanalı üzərində tikilən müxtəlif təyinatlı kommersiya obyektlərindən sonra kanalın məcrası əsl zibilxananı xatırladır. Sual olunur, İmişli rayon İcra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev su kanalının nəinki mühafizə zolağında, hətta kanalın birbaşa üzərində tikilən və bu pərakəndə tikililərdən sonra həmin su kanalının məcrasını əsl zibilliyə çevirəcək sərəncamı nə üçün və ya hansı məqsədlə imzalayıb? Əgər MTS adlı həmin su kanalının üzərində müxtəlif məqsədlərlə, pərakəndə şəkildə tikilmiş obyektlər haqqında sərancam yoxdursa, o halda həmin obyektlər neçə inşa edilib və ya icra hakimiyyətinin tabeliyində olan müvafiq quruma söküntü üçün nəyə görə göstəriş verilmir? Axı kanal içərisindəki zibillikdən dolayı xəstəlik mənbəyidir. Digər tərəfdən həmin su kanalı dövlət əmlakıdır. Onun qorunub saxlanılması üçün hər ay bəlli məbləğdə vəsait ayrılır. Bəs MTS adlı su kanalı qorunurmu? Şəkillərdən göründüyü kimi yox. Əksinə üfunət verən xəstəlik mənbəyinə çevrilib. Biz bu məsələdə qərəzliyikmi? Və ya İmişli İstanbulun nərəsi, əfəndilər?

Yenə də bir müddət öncə toxunduğumuz mövzuya qayıdaq. Bayraq dövlət atributu olmaqla yanaşı, həm də qutsaldır. Bu qutsallıq özünü Prezidentin and içmə törənində öpülüb, göz üstünə qoyulması ilə də təsdiq edir. Lakin İmşlidə Bayraq Meydanın giriş qapısına bitişik şəkildə tikilmiş pivəxananın məram və məqsədi xeyli suallar yaradır. Əcaba yaşından aslı olmayaraq hər kəsin sevməyə borclu olduğu Bayrağın ucaldığı meydana gedən yolu kəsərək, üzərində pivəxana tikilməsinə icazə vermənin nə anlamı var? Bəyəm sərxoşluq Bayraq sevgisimi yaradır? Və ya Bayrağa məhz xumarlı baxışlarla baxmağa icazə var? Bu mövzu ilə bağlı dərc etdiyimiz ötən yazıda da qeyd olunmuşdu ki, olmazdımı həmin pivəxananaın yerində dövlət atributlarımızın rəmzləri, dəftərxana ləvazimatları və ya ən azından gül dükanı tikiləydi? Axı şəkilini başınızın üstündən asdığınız Ulu Öndərin adını daşıyan parkdakı heykəli də məhz Bayraq Meydanına bitişikdir. Və onu da qeyd etmişdik ki, nədən şagirdlərini bu Meydanı ziyarət üçün ekskursiyaya gətirən müəllim illərlə tərbiyə və təhsil verdiyi cocuqlarını sərxoş “əmilərin” xumar baxışlarından gizlətmək zorunda qalsın? Bəyəm Vilyam Hacıyev əyləşdiyi binanın cəmi yüz metrliyində olan pivəxanadan xəbərsizdirmi? Və ya sərəncamı yuxarıda qeyd etdiyimz dükanın tikilməsi ilə bağlı verib, sonra onu aldadıb həmin obyekti pivəxanaya çeviriblər? Axı nəinki İstanbulda, hətta qardaş Türkiyənin ən ucqar köyündə belə oğlunu sünnət etdirən atanın da, Şəhidini qarşılayan ananında ilk gördüyü iş Bayrağını evinin balkonundan asmaqdır. Çünki türk köylüsü üçün Bayraq sözün əsl mənasında qutsaldır. O öz bayrağının kölgəsində pivə içməz və içdirməz. İndi yenə də siz söyləyin əfəndilər, biz qərəzliyikmi və ya burası İstanbulun nərəsi?

Ölkə başçısı 50 illik yubileyini qaçqın düşərgəsində keçirdiyi halda, Vilyam Hacıyevin rəhbərlik etdiyi İmişli rayonunda Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov 50 illik yubileyini dillərə dastan olacaq formada, rayonun dövlət görəvliləri ilə birlikdə restoranda qeyd etdi. Və bunu mətbuat da yazdı. Bir müddət sonra həmin Rəhim Rəhimov rayondakı “Nərgizim” şadlıq sarayında dava salıb, adam döydü, nəticədə görəvindən alındı. Lakin bir müdət sonra yenidən görəvinin başındadır. Əgər Rəhim Rəhimov dava salmamışdısa və ya əməlində hər hansı xuliqanlıq hərəkəti yox idisə, nə üçün aylarla görəvindən alınmış vəziyyətdə saxlanıldı? Rəhim Rəhimovun yenidən rəis vəzifəsinə qayıdışına səbəb nə oldu? Əfəndilər yalanmı söyləyirik, qərəzliyikmi? Axı uzağa getməyək yenə də qardaş Türkiyədə bir dövlət görəvlisi özünə toy misallı, çal – çağırlı ad günü keçirərsə, daha sonra başqa bir dövlət görəvlisini toyda döyüb xəsarət yetirərsə görəvində qalması mümkünmü idi? Ən başlıcası isə həmin hadisə ilə bağlı məlumat dəfələrlə mətbuatda dərc edilibsə. O halda sualımız yenə də aktuallığını itirmir, İmişli İstanbulun nərəsi, əfəndilər?

VİLYAM HACIYEVƏ TƏRİF NƏ ÜÇÜN LAZIMDIR VƏ YA İMİŞLİ İSTANBULUN NƏRƏSİ?
İmişli bəlkə ölkədə yeganə rayondur ki, burada Gənclər Mərkəzi öz funksiyasını el dili ilə ifadə etsək toyxana kimi icra edir. Halbuki ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan bu Mərkəzlərin funksiyası şadlıq evləri kimi fəaliyyət göstərmək deyil. Yenədəmi qərəzliyik əfəndilər? Və yenədəmi İmişlinin kiçik İstanbul olduğunu iddia edirsiniz? O halda biz də sualmızı yenidən sizə ünvanlayaq, İmişli İstanbulun nərəsi?

Rayon Mədəniyyət və Turizm şöbəsinin rəisi Süleyman Bəşirov işində yol verdiyi korrupsiya faktına görə bir müddət öncə görəvindən alındı. Aylardır ki, hüquq – mühafizə orqanları məsələni araşdırır. İlkin məlumata görə dövlət vəsaitinin mənimsənilmə faktl bir neçə yüz min manatdır. Məlumatda o da qeyd edilir ki, mənimsəmə faktl əsasən “ölü canların” saxlanılması, təmir – tikinti işləri, dəftərxana ləvazimatlarının alınması və s hallarda olub. Süleyman Bəşirov hələ də azadlıqdadır. Bəs cənab Vilyam Hacıyev rayon üzrə Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimova, “ayrılan dövlət vəsaitinə nədən nəzarət etməmisən?” – sualını veribmi? Yoxsa “sənin missiyan özünə təm – təraqlı ad günləri keçirib, sözünün üstünə söz deyənləri döyməkdən ibarətdir” – deyib? Bu qədər mənimsəmə faktl olmadan, hadisədən ilk aylarda xəbər tutmaq olmazdımı? Və ya mənimsənilən həmin yüz minlərlə manat necə və ya hansı formada yenidən dövlət büdcəsinə qaytarılacaq? Sualımızda qərəz olmadı ki, əfəndilər? Yenədəmi İmişlinin İstanbul olduğunu iddia edirsiniz? O halda bizdə sualımızda israrlıyız, bütün yuxarıda qeyd edilənlərin müqabilində, İmişli İstanbulun nərəsi?

İmişlidə rayon mərkəzindən keçən Heydər Əliyev prospekti istisna, əksər küçələrdə yolun yataq hissəsi dağıldığı üçün asfalt örtüyü də dağılıb. Mətbuat məsələni ictimailəşdirməsindən sonra dağılmış asfalt örtüyünün yatağı yenidən düzəldilmədən, sadəcə əl ilə, dağılmış yerlərə bir neçə bel asfalt atılaraq uzun ömürlü olmayan yamaq vuruldu. Hətta yola yamaq vurularkən belə Şəhid adına olan küçələr “yaddan” çıxarıldı. Biz bunu qərəz hesab etmirik. Çünki bizim yazdığımız da qərəz deyil. Sadəcə məlumat şəkillərlə daxil olub və bizdə dərc etmişik. Bizim problemə baxışımız İmişlinin İstanbul olmasına xələlmi gətirib əfəndilər? Əgər gətirməyibsə və ya sorun yoxdursa, lütv edib cavab verin, o haldqa İmişli İstanbulun nərəsi?

Prezidentin təşəbbüsü ilə ölkədə qeyri – neft sektorunun inkişaf etdirilməsi məqsədilə müxtəlif layihələrə start verilib. Bu layihələrdən biri də pambığçılığın inkişafıdır. Lakin İmişlidə ölkə başçısının təşəbbüsünə yanaşma da fərqlidir. Belə ki, rayonun bəzi kəndlərində hətta münbit torpaq sahələri belə bir qrup işbaza ya satılıb, ya da uzun müddətli icarəyə verilib. Həmin işbazlar isə onlara satılan və ya icarəyə verilən ərazidə hər – hansı kənd təsərrüfatı məhsulu yetişdirmək əvəzinə, inşaat materialı hesab olunan və kifayət qədər gəlirli sahə olan qum – çınqıl çıxarılmıası ilə məşğul oldular. Nəticədə bir neçə kəndin münabit torpaq sahəsi ömürlük məhv edildi, yerində isə gələcəkdə xəstəlik mənbəyi olan dəryaçalar yarandı. Bəs sonra nə baş verdi? İsti və quru havası olan Aran bölgəsindən, İmişlidən redaksiyaya göndərilən video görüntüdə rayonun Bəciravan və Qaraqaşlı kəndinə aid olan, Tüqay meşəsi adlanan böyük bir ərazinin Əfrail adlı iş adamına verildiyi məlum olur. Redaksiyaya daxil olan həmin videoda Əfrail adlı iş adamı bu əraziyə rayonun Bəciravan kənd bələdiyyəsinin sədri Elçin adlı şəxsin verdiyi sənəd əsasında sahibləndiyini etiraf edir. Video görüntünü redaksiyaya təqdim edən şəxs meşəni məhv edən Əfrail adlı iş adamına “nədən bu meçəni məhv edirsən?”- sualına, “Prezidentin Fərmanı var pambığ əkəcəyəm” – deyə cavab verir. Göründüyü kimi adam ölkə başçısının adından istifadə etməklə yalan danışır. Cənab Prezidentin pambıq əkməyin vacibliyi və ya məcburi hal olması ilə bağlı Fərman verdiyini söyləyir. Bəs Prezidentin müvafiq Sərəncamı ilə artıq beş ildir ki, İmişlidə rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Vilyam Hacıyev nə etdi? Təbii yaşıllığın məhv olmasına icazə verən kənd bələdiyyəsinin sədri ilə bağlı qanunun yol verdiyi formada tədbir gördümü? Və ya fikri, düşüncəsi, məqsədi nəyin bahasına olursa – olsun pul qazanmaq olan Əfraillə bağlı araşdırma aparmaq üçün hüquq – mühafizə orqanlarına müvafiq tapşırıq verdimi? Axı bir ağacın və ya gülün, o cümlədən yaşıllığın salınması dövlətə bir neçə yüz min manatlarla vəsaitə başa gəlir. Nədən Vilyam Hacıyev bir qəpik belə xərclənilmədən Tanrının bəxş etdiyi yaşıllığın məhv olunmasına göz yumur? Əgər göz yummayıbsa, o halda bizim videogörüntü ilə təqdim etdiyimiz fakta, həmin ərazinin yenidən həm də Əfrailin şəxsi vəsaiti hesabına bərpa olunmasını əks etdirən görüntülər təqdim edilsin. Budamı qərəzdir əfəndilər? Hələ də israr edirsiniz ki, İmişli məhz son beş ildə o qədər inkişaf edib ki, sanki İstanbuldur. Və o halda bütün yuxarıda qeyd etdiklərimizi nəzərə almaqla təkrar – təkrar sual edirik, İmişli İstanbulun nərəsi?

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR