SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda toyuq əti bahalaşdığı halda, dönərin qiyməti necə ucuzlaşır? - FOTOLAR

21-04-2017, 12:03 | Oxunub: 8 020 |

Bakıda toyuq əti bahalaşdığı halda, dönərin qiyməti necə ucuzlaşır? - FOTOLAR
Bakıda ətin qiyməti bahalaşsa da, dönər satılan yerlərdə qiymətlər ucuzlaşıb. Belə ki, paytaxt ərazisində bəzi dönərxanalarda toyuq ətindən hazırlanan dönər və ayran cəmi 1 manata satılır.

Jurnalistlər metronun “Elmlər Akademiyası” və “Qara Qarayev” stansiyaları ətrafında yerləşən dönərxanalarda olub. Hansı ki, bu dönərxanalarda toyuq ətindən hazırlanan dönərlərin qiyməti 1 manatdır.

Öncə məlumat üçün qeyd edək ki, ötən ay mal və qoyun ətindən sonra toyuq ətinin də qiymətində firmasından asılı olaraq 20-50 qəpik arasında bahalaşma oldu. Hazırda toyuq ətinin kiloqramı 4-4.30 AZN-ə satılır.

Bəs, 1 manata dönər üstündə də ayran satanların qazancı nədir? Və ya bu ətlər doğrudanmı təmiz ətlərdir?

İlk olaraq metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında ard-arda düzülən dönərxanalarda olduq. Müşahidə etdik ki, buradan dönər alanların əksəriyyəti tələbələrdir. Dönər satılan yerdə anti-sanitariya qaydalarına əməl etdilməsindən isə heç danışmağa da dəyməz. Bir nəfərin güclə dayandığı kiçik dönərxanada dönərçi tez-tez çörəkləri kəsir, sifarişləri yerinə yetirməyə çalışır.

Hər gələn müştəridən pulu alır, xırdalayır və yenidən əlçəksiz formada dönəri hazırlamağa davam edir. Çörəyin arasına toyuq ətindən başqa nələrin qoyulduğunu öyrənmək üçün, bir dönər də biz aldıq. Müşahidə etdik ki, az miqdarda olsa da çörəyin arasında dönərin hazırlanması üçün lazım olan bütün ərzaqlar var.

Bəs, qiymətin nə üçün bu qədər ucuz olduğunu soruşduğumuzda isə dönərçilər bildirdilər ki, müştərilərinin çoxu tələbələr olduğu üçün qiyməti belə ucuz edirlər. Söylədilər ki, toyuq əti ilə yanaşı istifadə etdikləri digər ərzaqlar da təzə və təmizdir...

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında sıra ilə düzülmüş dönərxanalarda da vəziyyət oxşardır. Fərq odur ki, burada dönərxanalarda oturmaq üçün də yer var. Oturmaq üçün yer, bir ədəd ayran və bir dönərin isə qiyməti yuxarıda da qeyd etdiyimiz kimi 1 manatadır. Buradan dönər alanlar əsasən həmin ətrafda olan mağazalarda çalışanlardır. Dönərçilər bildirdilər ki, ətlərinin təmizliyinə söz ola bilməz. Bir neçə tanınmış firmanın adını sadalayaraq söylədilər ki, əti həmin firmalardan alırlar.

Alıcılarla söhbətimiz zamanı onlar isə bildirdilər ki, dönərlərin təmiz olmasına şübhə edirlər, lakin ucuz olduğu üçün yox da deyə bilmirlər...

Məsələ ilə bağlı mətbuata danışan Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu sahə dövlət tərəfindən tam nəzarətsiz buraxılıb: “Hələ iki il əvvəl biz dönərxanalarla bağlı standart hazırlamışdıq. Bizim monitorinqlər göstərdi ki, Bakıda 95 faiz dönərxanalar standarta uyğun yerlərdən ət almırlar. Ona görə də uşaq bağçaları, məktəb bufetləri demək olar ki, yeyinti sənayesinin bütün sferası nəzarətsizdir. Bu yerlərdə hər bir ətdən istifadə oluna bilər. Dövlət orqanlarının heç bir müdaxiləsi olmadan tam nəzarətsiz formada fəaliyyət göstərirlər. Ona görə də ölkə prezidentinin fevral ayında Qida təhlükəsizliyi agentliyinin yaradılması ilə bağlı verdiyi fərman çox yerinə düşür. Bu agentlik fəaliyyətə başladıqdan sonra güman edirik ki, vəziyyət dəyişəcək. Bizim hazırladığımız standarta görə, bir dönərin qiyməti, şəhərdə ən baha satılan dönərin qiymətindən təxminən 20 qəpik baha idi. Yəni 1 manata normal dönərin hazırlanması mümkün deyil”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR