18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ermənistan ordusunda əsgər çatışmazlığı - Qarabağda döyüşmək istəyənlərə 10 min dollar vəd edilir
İşğalçı Ermənistan öz ordusunu komplektləşdirə bilməməsi səbəbindən ölkədən qaçan, həmçinin yad torpağında ölmək istəməyən gəncləri, onların valideynlərini həvəsləndirmək üçün yeni vasitəyə əl atıb. Emtv.az erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan şəxsi Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, döyüş hissələrində xidmət keçmək istəyən, döyüş vəzifələrini yerinə yetirmək həvəsində olan hərbi çağırışçılar yeni sistemdə xidmət edəcəklər ki, bu da “təcili-müqavilə” adlandırılır. Ovannisyan müharibə zonasına öz istəyi ilə gedənlərə tətbiq ediləcək güzəştlərdən bəhs edərkən qeyd edib ki, xidmətin altıncı ayından etibarən hərbi qulluqçu aylıq 1+1+2 sistemində xidmətdə olacaq. Yəni bir həftə tətildə, bir digər həftə döyüş növbəsinə hazırlıqda, daha iki həftə isə ön xətdə. Beləliklə, hərbi qulluqçu 7 aylıq xidməti dövründə 31 gün evdə, 24 gün isə hərbi hissədə, yaxud ön xətdəki mövqedə olacaq. Ermənistan hakimiyyəti gəncləri daha da şirnikləndirmək üçün hərbçilərə “muzd” da təklif edib. Belə ki, hərbi xidmətdən azad edilən hərbi qulluqçu xidməti müqabilində 5 milyon dram (10 min ABŞ dollarına yaxın) vəsait əldə edə biləcək. Ancaq bu vəsaitin nağd yox ödənilməyəcəyi, onların şəxsi hesablarına köçürüləcəyi iddia olunub.
Bildirilir ki, bu qədər vəsaitlə erməni hərbçi ipoteka ilə münasib ev ala, mini-ferma yarada (kəndlərdəki çağırışçılar üçün) bilər. Nazirlik rəsmisi deyib ki, bu, hazırkı hərbi çağırışla bağlı mövcud olan varianta alternativ proqramdır və yaxın vaxtlarda ictimai müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistan ordusunda kəskin əsgər çatışmazlığının olduğu ortaya çıxmışdı və bundan sonra hətta qadınların orduya cəlbi istiqamətində geniş kampaniya başlamışdı. Azərbaycan torpaqlarında ölmək istəməyən erməniləri ələ almaq üçün hakimiyyət indi də “muzdlu döyüşçü” variantını ölkə vətəndaşlarına şamil etmək istəyir.
Emtv.az