18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qaçan ermənilər və azad olunan ərazilər - “Aprel müharibəsi”nin SİRLƏRİ
Azərbaycan Ordusunun “aprel müharibəsi” zamanı uğurlu əməliyyatlarını Ermənistan cəmiyyəti hələ də müzakirə edir.
Helsinki Vətəndaş Assambleyasının İrəvan nümayəndəliyinin ofisi araşdırmalar apararaq, Ermənistan ordusunda çatışmazlıqlarını üzə çıxarıb. May-iyun aylarında aparılan araşdırma nəticəsində ortaya şok faktlar çıxıb.
Noyabrın 16-da keçirilən mətbuat konfransında ofisin əməkdaşları bildirirlər ki, ölən əsgərlərin ailələrinə doğru məlumatlar verilməyib.
Orduda döyüş sursatları, tibbi ləvazimatlar çatışmır. Bir çox hərbi qulluqçu qanunsuz olaraq, xidmətə çağırılıb.
“Ölən hərbçilərin ailələrinə zəng edərkən, onlara pafosla “qəhrəmanın anası, qəhrəmanın atası” deyə müraciət edirdilər. Qəhrəmanlaşdırma bəhanəsi ilə insanların övladlarını mənasız müharibədə öldürdülər”, - deyə təşkilatın sülh proqramları üzrə koordinatoru Armine Sadikyan deyib.
Məlumatlara görə, aprelin 2-dən 30-na qədər 53 hərbçinin ölümü haqda ailələrinə məlumat verilməyib.
Ofisin rəhbəri Artur Sakuns deyir ki, ölənlərin ailələrinin apardığı araşdırmada orduda silah-sursat çatışmazlığının olduğu ortaya çıxıb.
“Aprelin 2-də Cəbrayılda əsgərlərin hamısı öldü. Səbəb silah çatışmazlığı idi. Bir qrup əsgər ölənlərin ailələri ilə görüşdə bildirib ki, onlar danışa bilməzlər, çünki hərbçidirlər. Yalnız əsgərlik bitdikdən sonra ölümlərin səbəbləri haqda danışa bilərlər”.
Ofisin tədqiqatında məlum olub ki, onlarla əsgər tibbi ləvazimatın çatışmazlığı, yaxud ümumiyyətlə, tibbi yardımın göstərilməməsinə görə ölüb. Misal üçün, Ayk Minasyan yaralansa da, 5 saat ərzində ona heç bir tibii yardım göstərilməyib. Həmçinin, 15 əsgərin hərbi xidmətə çağırılan vaxt görmə, ürək və sinir sistemləri ilə bağlı xəstəlikləri olub.
Artur Sakuns deyir ki, iki ailəyə tabutu açmağa icazə verməyiblər: “Ailələr ölənin öz oğulları olduğunu görmək istəyirdilər. Qohumlar danışır ki, tabutun başında bütün gecə polis növbə çəkirdi. Ana isə cəsədin onun oğluna aid olmadığını, yaxud tabutun boş olduğunu düşünürdü”.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, ölənlərin böyük əksəriyyəti kasıb ailələrin uşaqlarıdır.
Qeyd edək ki, Azərbaycan Ordusu “aprel müharibəsi” zamanı 2 min hektardan çox ərazini düşmən işğalından təmizləyib.
Asif