18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Müdirəm” deyib qovdu, xəstə gedib evində öldü — TƏRTƏRDƏ ŞOK HADİSƏ – VİDEO
Tərtər rayonunda həkim xəstəni müayinə etməkdən imtina edib və xəstə evə gedən kimi dünyasını dəyişib.
Məlumata görə, dünən Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova Sadiq adlı şəxs tərəfindən edilən müraciəti rədd edib. Bildirib ki, o, şöbə müdiridir və xəstə müayinə edə bilməz. Bundan sonra evə gedən xəstə ürək tutmasından keçinib.
Əldə etdiyimiz məlumata görə, hadisədən sonra xəstəxanada vəfat edən şəxsin qohumlarıyla G.Əhmədova arasında münaqişə yaranıb.
Xatırladaq ki, bu, ixtisasca kardioloq olan Gülarə Əhmədova ilə bağlı ilk belə hal deyil. Rayon icra başçısı Müstəqim Məmmədovun yaxın adamı kimi tanınan Əhmədovanın hətta baş həkim Yaşar Hüseynovu saymadığı barədə də mətbuatda məlumatlar yer alıb.
Sonda şöbə müdiriylə pasiyentlər arasında bir müddət öncə düşən davanın videosunu da təqdim edirik. Görüntülərdə bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən “süründürüldüyünü” söyləyir.
Emtv.az