18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin bir elementidir
Xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək, günümüzədək qoruyub saxlayıb. Bu gün dünyada baş verən qanlı qarşıdurmaların fonunda biz milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin nə qədər önəm daşıdığının şahidi oluruq. Bu baxımdan, milli-mənəvi dəyərlərimizin bir elementi olan İslam həmrəyliyi böyük əhəmiyyətə malikdir.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirlər “İslam Həmrəyliyi İli” çərçivəsində Şəkidə keçirilən “İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi” mövzusunda konfransda səsləndirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər.
Konfransda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayevin, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədovun, şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sadiq Yusifovun, Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərovun məruzələri dinlənilib.
Emtv.az