18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub
Aprelin 19-20-də Əbu-Dabidə İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərarası birgə komissiyasının iclası keçiriləcək.
Emtv.az xəbər verir ki, Azərbaycanın BƏƏ-dəki səfirliyindən yerli mətbuata verilən məlumata görə, bunu Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov BƏƏ Federal Milli Şurasının sədri xanım Amal əl Qubaisi ilə görüşdə deyib.
Hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti BƏƏ-yə səfər edəcək.
Birbaşa təyyarə uçuşlarının artması və viza rejiminin sadələşdirilməsi nəticəsində 2016-cı ildə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının 30 dəfə artdığını deyən səfir yeni infrastruktur layihələri üçün imkanlar yarandığını və bu imkanlardan BƏƏ sərmayədarlarının istifadə edə biləcəyini qeyd edib. Azərbaycanın istehsalçı şirkətlərinin BƏƏ-də keçirilən sərgilərdə iştirak etməkdə, məhsullarının, xüsusən kənd təsərrüfatı mallarının bu ölkəyə ixracında maraqlı olduqlarını deyən D. Şikarov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bununla belə parlamentlərarası təmasların elə də intensiv olmadığını etiraf edən səfir Milli Məclisdə BƏƏ ilə əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərdiyini, BƏƏ Federal Milli Şurasında da belə bir qrupun yaradılmasının arzu olunduğunu bildirib.
D. Şikarov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı barədə A. əl Qubaisiyə məlumat verib. Faciənin Pakistan, Meksika, Kolumbiya, Peru və digər ölkələr, ABŞ-ın bir sıra ştatları, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanındığını bildirən D. Şikarov bu faciəyə BƏƏ-də dövlət səviyyəsində qiymət verilməsinin arzu olunduğunu qeyd edib. O, mayın 12-22-də Azərbaycanda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini və Milli Məclisin sədri O. Əsədovun A. əl Qubaisiyə ünvanlanmış dəvət məktubunun surətini təqdim edib.
Amal əl Qubaisi isə BƏƏ-nin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, rəhbərlik etdiyi Federal Milli Şurada Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə dostluq qrupunun yaradılması məsələsinə baxılacağını, parlamentlərarası əməkdaşlığın hüquqi əsasının yaradılmasının arzu olunduğunu deyib. Bu məqsədlə iki ölkənin parlamentləri arasında əməkdaşlıq üzrə anlaşma memorandumu layihəsinin göndəriləcəyini deyən A. əl Qubaisi İslam Həmrəylik Oyunlarına edilən dəvətə görə təşəkkürünü bildirib.
Emtv.az