17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
XİN və Azərbaycan səfirliklərində ciddi korrupsiya faktları aşkarlandı – CƏZALANDIRILANLAR VAR
Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətində ciddi maliyyə pozuntusu və nöqsanlar aşkarlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə açıqladığı illik hesabatda deyilir.
Sənəddə qeyd olunur ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyində 21 fakt üzrə nöqsan aşkarlanıb. Bunlardan 6-sı (43,0 faiz) büdcə qanunvericiliyinin tələbləri ilə bağlı nöqsan, 8-i (16,2 faiz) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri barədə nöqsanlar, 2-si (31,4 faiz) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlar, 5-i (9,4 faiz) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlardır.
Eyni hallar üzrə eyni zamanda Azərbaycanın Misir, Qırğızıstan, Ukrayna, Tacikistan və İtaliya respublikalarında da maliyyə nöqsanları aşkarlanaraq korrupsiya halı qeydə alınıb. Palata tərəfindən görülən tədbirlər nəticəsində Xarici İşlər Nazirliyində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusundan 44 207,3 manat bərpa edilib, cəzalandırılanlar var.
Qeyd edək ki, sözügedən hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.
Emtv.az