17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qaçqınlar Cəmiyyəti Ramil Usubova müraciət etdi - “Açıq-aşkar cinayət əməlidir…”
“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova rəsmi müraciət göndərib. Surəti Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə və Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova ünvanlanmış müraciətdə deyilir:
“Hörmətli cənab Nazir!
“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hazırkı müraciəti Qərbi Azərbaycandan olan milyonlarla soydaşımızın heysiyyatını təhqir edən Türkiyəli iş adamının bəyanatı ilə bağlıdır. Bildirmək istəyirik ki, bu bəyanatla bağlı cəmiyyətimizə çoxsaylı müraciətlər daxil olmuşdur.
Belə ki, Türkiyə Respublikasının “Emre Piliç” şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oral və onun hüquqlarını müdafiə edən Gürcüstanda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Aslan Ziyəddin oğlunun 10 mart 2017-ci il tarixdə Bakı şəhərində yerləşən “Four Season” hotelində jurnalistlər üçün keçirdikləri mətbuat konfransında Qərbi Azərbaycan qaçqınları və bütün Qərbi Azərbaycan əsilli insanlar təhqir edilmişdir.
Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin onların İstanbul doğumlu olduğu üçün türk olduğunu, ticari mübahisəsi olduğu Azərbaycan iş adamının- Həsənli Mürvət Tapdıq oğlunun isə Ermənistan (Qərbi Azərbaycan) doğumlu olduğu üçün erməni olduğunu söyləmiş, bununla kifayətlənməyərək, bu fikrini üç dəfə təkrar etmişdir ki: “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”
2008-ci ildən Azərbaycanda ticarət qurub, uzun illər boyu buradan milyonlarla pul qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları olan Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan, təhqir etməkdən başqa bir şey hesab etmirik. Ömür Oral heç olmasa ortaqlarının “yan” soyad sonluğunu və “Sevan”, “Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirib. Bu gün hələ də “yan” soyad sonluğunu, Andranik adını daşıyan erməni necə olur ki, türk olur? Böyük Türk xalqı bu cür andraniklərlə, oskayanlarlamı birləşdirəcək Turan ellərini? “Biz bir millətik” dedik, amma Ömür Oral, Andranik, Oskayan kimi “türklərlə” bir millət olaq demədik.
Biz 400 min nəfər Qərbi Azərbaycan qaçqınını, 4 milyona yaxın Qərbi Azərbaycan əsilli insanı təmsil edən bir Cəmiyyət olaraq insanlarımızı təhqir edən və bizim üçün milli mənsubiyyəti şübhəli olan Ömür Oral adlı bu insanın dərhal Azərbaycandan çıxarılmasını, onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsini istəyirik. Azərbaycan Ermənistanla müharibə vəziyyətində olan bir ölkədir və müharibə gedən bir ölkədə Ömür Oral kimi insanların gəlib ermənipərəst təbliğat aparmasını qəbuledilməz hesab edirik. Belə insanlar məsuliyyətsiz və təhlükəli bəyanatları ilə Azərbaycan-Türkiyə qardaşlığına da ziyan vurur.
Bizcə bu əməllərin törədilməsində hüquqşünas, keçmiş vəkil İsmayılov Aslan Ziyəddin oğlunun da iştirak etməklə Ömür Oralı dəstəkləməsinin də araşdırılmasına zərurət vardır. Belə ki, mətbuat konfransı bilavasitə İsmayılov Aslan Ziyəddin oğlu tərəfindən təşkil edilmiş.
Cənab Nazir! maraqlarını təmsil etdiyi şirkətin mülki mübahisəsinin həlli üçün yüz minlərlə Qərbi Azərbaycanlının milli ləyaqətinin alçaldılmasına yönəlmiş hərəkətlər öz hüquqi qiymətini almalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir.
Sübut etməyə ehtiyac yoxdur ki, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər cinayət əməlidir və qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısı alınmalıdır.
Yuxarıda qeyd olunanları nəzərinizə çatdırmaqla, açıq-aşkar cinayət (milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər) törətmiş Türkiyə Respublikasının vətəndaşı Ömür Oralın və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Aslan Ziyəddin oğlunun qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyinizi xahiş edirik.
Emtv.az