SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Quşçuluq firmaları təşvişdə: “Xəmsə” ermənilərlə işlədiyini təsdiqlədi - Skandal

21-12-2016, 15:00 | Oxunub: 10 819 |

Quşçuluq firmaları təşvişdə: “Xəmsə” ermənilərlə işlədiyini təsdiqlədi - Skandal

Azərbaycanın bəzi quşçuluq şirkətləri təşviş içindədir. Onlarla əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olması təsərrüfat sahiblərini vəlvələyə salıb.

Emtv.az politika.az-a istinadən xəbər verir ki, onların bəziləri şirkətlə əlaqəni dayandırıb. Buna baxmayaraq, quşçuluq firmalarının rəhbərləri sorğu-sual olunub.

Onların ermənilərin şəriki olan şirkətlə münasibətlərinin hansı müstəvidə davam etməsi təftiş edilib.

Təhlükənin sovuşmadığını və faktla bağlı cinayət işi açılması ehtimalını gözləyən təsərrüfat müdirləri həyəcan içindədir.

Məlumatda bildirilir ki, “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyolla” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler”, “Qaradaşlı Broyler” və digərləri təlaşlanıb.
Bu arada isə “Xəmsə” damazlıq təsərrüfatının təsisçisi və direktoru Mürvət Həsənov hüquqşünas Aslan İsmayılovu məhkəməyə verir. M.Həsənov deyib ki, A.İsmayılovun əməli yalnız şantaj və şər-böhtanla məşğul olmaqdan ibarətdir.

Direktor vəkili ittiham edib: “O, dövlət rəsmilərindən qurtarıb indi də iş adamlarına keçib.

Onun Türkiyədə müdafiə etdiyi “Emre Piliç” firmasının 30 faizi sizə təqdim etdiyim sənədlərdən də göründüyü kimi, ermənilər Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyana məxsusdur.

“Emre Piliç”dən başqa “Orallar” adı ilə fəaliyyət göstərən şirkət də ermənilərə məxsusdur. Hansı ki, hələ də Azərbaycanda fəaliyyət göstərən “Qaradaşlı” broylerə damazlıq yumurta satır.

“Orallar” firmasının rəhbərliyində təmsil olunan şəxslər elə yenə də “Emre Piliç”dəki şəxslərdir. Guya bu firmada erməni təmsilçisi olmadığını bildirmək və öz mallarını ölkəmizə satmaq üçün belə yalana əl atıblar.

Hansı ki, həmin damazlıq yumurta Azərbaycanda həm bizim təsərrüfatımızda, həm “Azərquşçuluq”un təsərrüfatında, həm də “Nəzərkənd” və “Araz damazlıq”da istehsal edilir”.

M.Həsənov iddia edib ki, A.İsmayılovun erməniləri müdafiə etməsinin arxasında böyük məbləğli müqavilə dayanır:

“Adını hüquqşünas, hüquq müdafiəçisi qoyub, vəkillik edir. Bu günlərdə mənim işgüzar nüfuzuma vurduğu ziyana görə məhkəməyə, eyni zamanda ölkə başçısına, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və müvafiq instansiyalara müraciət edəcəyəm. Bunun başqa yolu yoxdur. Axı özü də rəsmi şəkildə “mən erməniləri müdafiə edirəm” deyən birindən başqa nə gözləmək olar ki?”.

Direktor deyib: “Biz 2015-ci ilin iyunundan əvvəl “Emre Piliç”in ortaqlarının erməni olduğunu biləndən sonra o şirkətlə işbirliyimizi dayandırdıq.


“Emre Piliç”in erməni ortaqlarının olmasını 29 iyun 2015-ci ildə virtual.az.org saytında yazılan məqaləni oxuduqdan sonra münasibətlərimizi kəsdik.

Biz həmin şirkətdən alacaqlarımızı tələb etməyə başladıq. Erməni ortağı olan şirkətin bizə borcu var. Aslan İsmayılov isə erməniləri müdafiə edir.

“Emre Piliç” hazırda İzmit, Mudurnu, Nallıhan və Ayaş olmaqla 4 bölgədə 9 tarla, 70 toyuq hininə sahibdir. 279 nəfər işçisilə istehsal etdiyi məhsulun 70 faizini idxal edən şirkət həm damazlıq cücə, həm də damazlıq yumurta satışını həyata keçirir”.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR