SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Böyrəyimi 20 min manata satıram" - Bakı sakini

9-02-2017, 14:16 | Oxunub: 7 490 |

"Böyrəyimi 20 min manata satıram" - Bakı sakini
Sirr deyil ki, son zamanlar Azərbaycan internet məkanında orqan satılması və alınması haqqında elanlara tez-tez rast gəlinir

Birja saytlarında, sosial şəbəkələrdə artıq ev, avtomobil və sairlə yanaşı, insan orqanları da satışa çıxarılıb.

Ziyanın 31 yaşı var. Onunla internet üzərindən tanış olduq. Böyrəyini satdığı haqda elan diqqətimizi çəkdi, onunla görüşmək qərarına gəldik. Zəngləşdik və heç bir tərəddüdsüz görüşə razılaşdı: "Qiymətdə razılaşmaq olar, əslində mən elanda 30 min yazmışdım".

Ziya sağlamlığından tam əmin olduğunu deyir:

- Vallah, bu illər ərzində bir dəfə də həkimə müraciət etməmişəm. Amma bir dəfə analizlərimdə qaraciyərimdə "Hepatit B" olması bildirilmişdi. Onunla bağlı da müalicə aldım, özümü yaxşı hiss edirəm.

- Ümumiyyətlə, bilirsinizmi kimlər donor ola bilər?

- Bəli, bilirəm. Analizlərim müayinələrdən tər-təmiz çıxıb.

Ziya da hamı kimi sağlam yaşamaq istəyir, böyrəyini satdıqdan sonra tək böyrəklə necə əziyyət çəkəcəyini də bilir. Həmsöhbətimiz bu addımı maddi sıxıntı yaşadığı üçün atdığını deyir: "Ehtiyacım var ki, edirəm də. İndi sizdən ayrılandan sonra yenidən həmin doktorun yanına gedəcəyəm. Problemlərim çoxdur. Təkrar analizlərdən keçəcəm. İstəyirsən, sabah gəlin birlikdə gedək analizlər üçün. Heç kim kefindən satmaz ki... Borcum var, ona görə. 20 min manata razılaşaq. Bir böyrək 20 min manata. Amma pulu əməliyyatdan əvvəl verməlisiniz".

Həkim-nefroloq Elnur Fərəcovdan orqan transplantasiyasının hansı şərtlərlə həyata keçirildiyini öyrəndik:

"Könüllü olmadan maddi əsaslara görə orqan bağışlamaq qanunla ziddir. Bu, orqan ticarəti sayılır, heç bir halda qəbul oluna bilməz. Qohumdursa, sənədlər üzərində təsdiq olunur. Əlavə olaraq da könüllü olması haqda notariusda sənəd təsdiqlənir. Üç sənəd əsasında orqan bağışlanılır - şəxsiyyət vəsiqəsi, doğum və nikah haqqında şəhadətnamə, bir də könüllülük haqqında hüquqi sənəd".

Millət vəkili Çingiz Qənizadə isə deyir ki, Cinayət Məcəlləsində insan orqan və toxumalarının alqı-satqısı ilə bağlı iki maddə var:

"Cinayət Məcəlləsinin 137-ci maddəsinə görə, insan orqan və toxumalarının alqı-satqısı qadağan olunur. Buna görə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin maddənin ikinci hissəsində isə zor tətbiq etmə hədəsi ilə bunu etdikdə, daha ağır sanksiya və 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".

Bəli, bu addım qanunvericiliklə qadağandır. Lent.az bildirir ki, məlumatda istər qanunsuz olsun, istərsə də haram, fakt odur ki, onlarla insan imkansızlıqdan internetdə orqanını satmasıyla bağlı elan verib və böyrəyinin, qaraciyərinin müştərisini gözləyir...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR