SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

SOCAR SƏNƏD QƏBULU ELAN EDİB

26-01-2016, 11:57 | Oxunub: 12 946 |

SOCAR SƏNƏD QƏBULU ELAN EDİB
BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi Sosial Sərmayələr çərçivəsində SOCAR Qobustan Regional Təlim Mərkəzinə (QRTM) 2016-cı il üzrə 10 aylıq peşə təhsili üçün sənəd qəbulu elan edir.

"EMTV.az" xəbər verir ki, qəbul elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, texnoloji qurğuların operatoru və təmirçi çilingər peşə ixtisasları üzrə həyata keçirilir. QRTM-ə qəbul olunan şagirdlərə təhsil haqqı (BP və onun tərafdaşları təmin edirlər), aylıq təqaüd (SOCAR təmin edir), xüsusi geyim (SOCAR təmin edir) və nəqliyyat (SOCAR təmin edir) təminatlar verilir.

Müsabiqəyə daxil olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
2. Qaradağ rayonunda daimi və ya həmin ərazilərdə müvəqqəti qeydiyyatı təsdiq edən arayış (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də daxil olmaqla);
3. Orta ümumtəhsil məktəbini 2001 – 2015-ci illər arasında bitirmiş olmalı (orta məktəbi bitirməsi haqqında attestat);
4. Hərbi bilet (kişilər üçün);
5. Tibb müəssisəsindən sağlamlıq haqqında arayış;

Yuxarıda qeyd olunan sənədlərdən biri uyğun gəlmədikdə namizəd müsabiqəyə buraxılmayacaq.

Müsabiqədə yalnız www.socar.az internet səhifəsinin Karyera bölməsinin Təlim mərkəzlərinə sənəd qəbulu alt bölməsində elektron müraciət formasını doldurmaqla iştirak edə bilərsiniz. Müraciət qaydaları və qəbul haqqında ətraflı məlumatı da internet səhifəmizin qeyd olunan alt bölməsindən əldə edə bilərsiniz.

Digər məsələlərlə əlaqədar hər hansı bir sualınız olduğu təqdirdə tis@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz. Müsahibə və test imtahanında müvəffəqiyyət qazanan namizədlər Qobustan Regional Təlim Mərkəzinə qəbul olunacaqlar. Müsabiqəyə son müraciət fevralın 4-ə qədərdir.

Qeyd edək ki, BP və SOCAR-ın QRTM-ni bitirən şagirdlərin işlə təminatları ilə bağlı sosial öhdəçiliyi yoxdur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR