SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Faiq ƏHMƏDOV: ...SİZ BÜTÜN ÇƏTİNLİKLƏRƏ SON QOYACAQSINIZ

30-12-2016, 15:53 | Oxunub: 10 164 |

Faiq ƏHMƏDOV: ...SİZ BÜTÜN ÇƏTİNLİKLƏRƏ SON QOYACAQSINIZ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ

Hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev!
Sizi və Sizin simanızda Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə salamlayır, xoş arzu və diləklərimi çatdırıram.
Cənab Prezident!

Bilirik ki, bütün soydaşlarımızı Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirərək mütəşəkkil qüvvəyə çevirmiş ümummilli lider Heydər Əliyev bu sahədə hələ 16 dekabr 1991-ci ildə tarixi qərarlar qəbul etmiş, - «Sizi birliyə və həmrəyliyə çağırıram!» şüarı ilə xalqa müraciət səsləndirmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
Hazırda Azərbaycanda bu bir neçə illər ərzində sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış və müxtəlif sahələri əhatə edən dövlət proqramları, infrastruktur layihələr ardıcıl icra edilmişdir. Bu mənada ölkəmiz Avropa ilə Asiyanı, Şimalla-Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaqdır.

Apardığınız uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan 2015-ci ildə böyük idman bayramına - Birinci Avropa Oyunlarına ev sahibliyi etmişdir.

Qitənin 50 ölkəsinin idmançılarının və gələn qonaqların iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi barədə müsbət təəssüratlar yaratmışdır.

2017-ci ildə ölkəmzdə keçiriləcək İslam Ölkələri Oyunları və digər mühüm beynəlxalq idman yarışları da məhz bu vacib kateqoiyadan qaynaqlanır. Bu da bir daha sübut edir ki, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev siyasi kursuna olan təntənəsi bu siyasi kursa və şəxsən Sizə olan inam və etibarın bir göstəricisidir.

Lakin Ermənistanın təcavüzkar siyasəti ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Təbii ki, Sizin apardığınız siyasət yenidən ölkəmizdə qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədi güdür, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə istinad edir.
Bu ilin son aylarında ölkədə yaranmış sosial qarışıqlıq, manatın dollar qarşısında məzənnə problemi və s. əhali arasında müəyyən çaşqınlıqlara zəmin yaradıb.

Biz aydın başa düşürük ki, devolvasiya bütün dünyanın iqtisadi problemidir və bu çətinliyi bütün dünya ölkələri yaşayır.
Azərbaycanın gənc müstəqil dövlət kimi bu problemlə üz-üzə qalması əslində, cəmiyyət arasında çaşqınlıq yaratmamalıdır, biz əminik ki, Siz öz səyləriniz və siyasi idarəetmə bacarığınızla devolvasiya probleminin həlli istiqamətində əməli işlər hazırlayır və xalqımızı bu çətin prosesdən çıxarmaq üçün ideal yollar axtarırsınız. Lakin bir sıra radikal müxalif qüvvələr yaranmış çətin vəziyyətdən sui-istifadə edir, xalqı dövlətə qarşı qoymaq üçün süni problemlər yaradırlar. Xalq da birmənalı anlamalıdır ki, Siz Azərbaycanı parçalanmaqdan, yad qüvvələrin təsirindən qoruyan, xalqa böyük xoşbəxtliklər nəsib edən müasir Azərbaycanın qurucusu Heydər Əliyev kimi sədaqətli və dahi bir insanın oğlusunuz və Azərbaycanı bütün bu çətinliklərdən alnı açıq, üzü ağ çıxarmaq gücünə maliksiniz. Apardığınız sağlam siyasət dövlətimizə böyük töhfələr verib və bu gün də Siz həmin missiyanı çox uğurla davam etdirirsiniz.

Hamımızın yadındadır; -1993-1995-ci illərdə Bakıda qardaş qırğınlarının və çevriliş yaratmağa cəhd edənlərin qarşısını almaq üçün, ümummilli lider Heydər Əliyev çəkinmədən öz müdrik görkəmi ilə xalqın qarşısına çıxdı, xalqdan dəstək istəyərək, Azərbaycana sarsıdıcı zərbə vura biləcək bütün pis cəhdlərin qarşısını aldı. Sonrakı illərdə də dövlətçiliyə qarşı atılan bütün mənfi hallara bax bu cəsarətlə son qoyuldu. Siz də atanız kimi, rəhbərlik etdiyiniz dövlətin və işıqlı sabahlara apardığınız xalqın bayraqdarısınız. Əminik ki, inşallah, 2016-cı ilin ilk rübündə xalqa sosial qorxu yaşadan devolvasiya probleminə son qoyacaq, radikal müxalif yöndən xalqa və dövlətə qarşı duran mənfur qüvvələrə həqiqi mənada hər şeyə qadir olduğunuzu sübut edəcəksiniz.

Bu mənada, əbəs yerə deyil ki, Sizin ailə dəyərlərinə, cəmiyyətin sosial-məişət zəminlərinə ayırdığınız diqqət, bu istiqamətdə atdığınız addımların əsaslı təzahürləri müstəqil dövlətimizin sosial-ailə prosedurlarının güclənməsinə təkan verib. Əbəs yerə deyil ki, yetişən nəsillər ailə faktorlarını daha geniş şəkildə xarakterizə etmək imkanı qazanıb: təbii ki, imzaladığınız, prioritet iş kimi diqqət çəkən qərar və sərəncamlarınız bu zəmində başlıca rol oynayır. Hər il əfv fərmanları ilə azadlığa qovuşdurduğunuz onlarla insanın xeyir-duasında da Sizin sağlam siyasətiniz parlaq təcəssüm edir. Bütün bunların fonunda demək istəyirik ki, xalqımız bir daha əmin olsun ki, Siz ölkədəki devolvasiya probleminin həlli işini sosial münasibətlərə uyğun formada həyata keçirəcək, bütün çətinliklərə son qoyacaqsınız.

Bu gün hər kəs bilir ki, həyata keçirdiyiniz müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir. Bu da xalqımızın xoşbəxt sabahları üçün əsaslı təminat yaradır.
Qürür hissi ilə bildirirəm ki, ölkə mətbuatında çalışdığım 20 ilə yaxın bir müddət ərzində rəhbərlik etdiyim kollektivlə birlikdə Azərbaycanın dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin və şəxsən Sizin möhtəşəm fəaliyyətinizi, bu sahədə göstərdiyiniz misilsiz xidmətlərinizi daim diqqətlə izləmiş, ölkəmiz və xalqımız üçün müstəsna həyati əhəmiyyət kəsb edən siyasi fəaliyyətinizi mətbu orqanılarımızın səhifələrində obyektiv və qərəzsiz surətdə mütəmadi olaraq işıqlandırmışıq. Biz hər zaman bu işi özümüzün şərəf borcumuz hesab etmişik və bundan sonra da bu amala sadiq qalacağıq. Müstəqil mətbu orqan olaraq biz, Azərbaycanımızın suverenliyi, xalqımızın rifahı naminə daim ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu dəstəkləmişik və gələcəkdə də bu mövqelərdən çıxış edəcəyimizi qəti və birmənalı surətdə bəyan edirik.


Əsası ümummilli lider Hedər Əliyev tərəfindən qoyulmuş ardıcıl fəaliyyət xətti və Sizin məqsədyönlü, qurucu siyasətiniz sayəsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycan xalqının rifahının artırılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi yolunda, həqiqətən, genişmiqyaslı sıçrayış etmiş Azərbaycanın uğurlarına sevinirik.

Cənab Prezident, Sizin ümummilli lider Heydər ƏLİYEV dühasından nur alan, Heydər Əliyev müqəddəsliyini təmsil edən bir şəxs kimi xalqımıza həmişə sədaqətlə xidmət edəcəyinizə, dövlətimizi işıqlı, parlaq gələcəyə aparacağınıza varlığımız kimi əminik.

Cənab Prezident!

Sizi və Sizin simanızda Azərbaycan xalqını bir daha rəhbərlik etdiyim “Müstəqil Lider” jurnalının, Emtv.az və Avatv.az elektron KİV-nin yaradıcı kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm və Sizə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, çətin, lakin şərəfli, ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm. Arzu edirəmki, yola saldığımız hər bir il, Azərbaycanımızın zəfər tarixinə qızıl hərflərlə yazılsın.
Ulu Tanrı Sizi xalqımıza, dövlətimizə çox görməsin!

Faiq ƏHMƏDOV: ...SİZ BÜTÜN ÇƏTİNLİKLƏRƏ SON QOYACAQSINIZ
Dərin hörmət və ehtiramla:

Faiq ƏHMƏDOV,
“Müstəqil Lider” jurnalının Baş redaktoru,
Emtv.az və Avatv.az elektron KİV-nin rəhbəri.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR