SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kəngərli Rayon Mədəniyyət Evində “Arılar arasında” tamaşası nümayiş etdirilib

19-12-2016, 13:58 | Oxunub: 10 505 |

Kəngərli Rayon Mədəniyyət Evində “Arılar arasında” tamaşası nümayiş etdirilib

Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Xalq Artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur. Xalq Artisti Həsən Ağasoy, Əməkdar Artist Əbülfəz İmanov, aktyorlardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Səyyad Məmmədov, Şölə Novruzbəyli, Nurbəniz Niftəliyeva və Anar Eyvazov öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.

“Arılar arasında” pyesində kənd və şəhər, eləcə də nəsillər arasında uzaqlaşma öz əksini tapıb. Tamaşada müəllif bütün problemlərin müqabilində arı ailəsini nümunə kimi götürür. Göstərilir ki, istər cəmiyyətdə, istərsə də ailədə hər bir fərd ona həvalə edilmiş işin öhdəsindən gəlməyə, nizam-intizamlı olmağa, qarşıya çıxan çətinliyi dəf etməyə çalışmalı, bunun üçün iradə nümayiş etdirməlidir. Tamaşada təbiətə və insanlara sevgi, gənclərə yüksək amallar uğrunda yaşamaq tövsiyə olunur.

Qeyd edək ki, bu il noyabrın 26-sı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə təqdim edilən “Arılar arasında” tamaşasının muxtar respublikanın digər bölgələrində də nümayişi nəzərdə tutulur.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR