SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİ KÜRDƏMİRDƏ “ŞƏBƏKƏ”NİN QARŞISINI ALA BİLMİR

28-04-2016, 20:10 | Oxunub: 9 182 |

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİ KÜRDƏMİRDƏ “ŞƏBƏKƏ”NİN QARŞISINI ALA BİLMİR

“EMTV.az”-a şikayət edən vətəndaşlar bildirirlər ki, Kürdəmir SMM-nin direktoru yerli poçt və Kapital Bank fililallarıyla birlikdə şəbəkə formalaşdırıb “Şikayətdə daha sonra bildirilir ki, biz hüquq mühafizə orqanlarından Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi direktoru Asif Abdullayev və onun işçiləri ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər görülməsini tələb edirik”. Bu baradə jam.azda bir qrup Kürdəmir rayon sakini adından Mətanət Əzizova yazıb. O bildirib ki, mərkəzin direktoru və işçiləri “qırmızı xətti” çoxdan keçiblər. Amma hüquq mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə idarəsi bu neqativ halları görməzlikdən gəlirlər. Ölkə prezidentinin məlum fərmanı ilə ünvanlı sosial yardımın verilməsi avtomatlaşdırılsa da, Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində heç nə dəyişməyib. Korrupsiya yenə də qalmaqdadır. Məgər, siz bunları görmürsünüz? Bizdə olan məlumata görə Asif Abdullayev nazirliyin yuxarı vəzifəli şəxslərinə vaxtı-vaxtında “haqq” verir. O üzdən nazirlik onun hərəkətlərinə göz yummaqda davam edir”. Mətanət Əzizova jam.azda sonra yazır ki, mərkəzin işçiləri, başda direktor Asif Abdullayev, inspektorlar Ramin Mürsəlov, Hamil Hidayətov, Nemət İsmayılov “öz yeni qaydaları” ilə işləyirlər. Və təbii ki, dəllallar da iş başındadırlar. Onların adları bizə məlumdur. Lazım gələrsə, açıqlaya bilərik”. Kürdəmir sakini bildirir ki, Asif Abdullayev öz xidməti kabinetində vətəndaşlara qarşı qeyri-etik davranışı ilə seçilir. “Tez-tez də “mən Səlim Müslümovun kadrıyam, arxamda o dayanıb mənə heç kim heç nə edə bilməz” deyərək, vətəndaşlara hədə-qorxu da gəlir. Rayonda ünvanlı sosial yardıma ehtiyacı olan bəzi aztəminatlı ailələr bir kənarda qalıb. Elə yoxsul ailələr var ki, onlar ünvanlı sosial yardım almaq üçün müvafiq sənədləri dəfələrlə yeni qaydalara əsasən Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim ediblər. Amma mərkəzin işçiləri onların sənədlərində müəyyən çatışmazlıqların olduğunu bəhanə edərək, geri qaytarıblar. Halbuki rayonda yaşayışı yaxşı olsa da, ünvanlı sosial yardım alan kifayət qədər ailə var”. Şikayətçilər sonda vurğulayırlar ki, hazırda rayonda Əhalinin Sosial Müdafiəsi Mərkəzi , “Azərpoçt”-un yerli şöbəsi və Kapital Bankın filialından ibarət yeni maxinasiya şəbəkəsi formalaşıb. “Onların fəaliyyəti barədə məlumatlara sahibik və araşdırmalar aparırıq. Yaxın zamanda həmin məlumatları da izləyicilərimizə təqdim edəcəyik. Həmçinin mərkəzdə vətəndaşlara verilən birdəfəlik müavinətlər isə yalnız direktora öz yaxınlığı ilə seçilən və öz qohumu olan şəxslərə verildiyindən bu sahədə də qanunsuzluqlar baş alıb getməkdə davam edir”.
DİQQƏT!!! .Şikayətdə adı çəkilən vətəndaşların da mövqeyini izləyicilərimizə çatdırmağa hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR