SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

KREDİTİ OLANLAR DA ÜNVANLI SOSİAL YARDIM ALACAQLAR

22-01-2016, 14:17 | Oxunub: 11 969 |

KREDİTİ OLANLAR DA ÜNVANLI SOSİAL YARDIM ALACAQLAR
"Ünvanlı sosial yardım verilən zaman istehlak kreditləri olanlara tətbiq olan məhdudiyyətlər aradan götürüləcək".

"EMTV.az" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən, ünvanlı sosial yardımın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir: "Hazırda bu prosesin avtomatlaşdırılması istiqamətində işlər görülür. Proqram təminatları hazırdır, yaxın vaxtlarda Bakının 2 rayonunda test işlərinə start veriləcək və Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunacaq. Ünvanlı sosial yardımın təyin olunması və bunun üçün müraciət edilməsi, yaxud imtina edilməsi qaydaları yeni avtomatlaşdırılmış qaydalarla aparılacaq. Qaydalara əsasən, kredit öhdəliyinə görə olan məhdudiyyət aradan qaldırılacaq. Yeni qaydalar yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Müəyyən qrup insanlar var ki, zamanında banklardan istehlak kreditləri götürüblər, bu gün isə həmin kreditləri qaytara bilmirlər. Eyni zamanda ailənin gəlirləri çox aşağı olduğu üçün onların kredit öhdəlikləri həmin ailənin gəlirinin 50%-dən yuxarı çıxır. Nəticədə onlar nə krediti ödəyə bilir, nə də ünvanlı sosial yardımı ala bilirlər. Bu da onların müəyyən qədər yaşam şəraitlərini xeyli çətinləşdirir. Ona görə, ölkə prezidentinin tapşırığına əsasən, bu məhdudiyyətlər götürüləcək. Bununla, həqiqətən gəlirləri aşağı olan və yaşam şəraitində problemləri olan ailələr belə istehlak kreditləri olmalarına baxmayaraq ünvanlı sosial yardım sisteminin üstünlüklərindən istifadə edə biləcəklər".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR