SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

GÖRKƏMLİ YAZIÇI VƏ ƏDƏBİYYATŞÜNAS MİR CƏLAL PAŞAYEVİN XATİRƏSİ ANILIB

27-04-2016, 12:00 | Oxunub: 10 973 |

GÖRKƏMLİ YAZIÇI VƏ ƏDƏBİYYATŞÜNAS MİR CƏLAL PAŞAYEVİN XATİRƏSİ ANILIB
Gəncədə görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 108-ci ildönümünə həsr olunan tədbir keçirilib.

"EMTV.az" xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri üzrə Dissertasiya Şurasının sədri professor İbrahim Quliyev, şəhərin idarə rəhbərləri və ziyalılar iştirak ediblər.

Ədibin adını daşıyan ev muzeyində keçirilən xatirə gecəsində çıxış edən Elmar Vəliyev görkəmli yazıçının həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, xeyirxah insan, böyük alim Mir Cəlal Paşayev bədii və elmi irsi, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan tarixi şəxsiyyətlərdəndir. İstedadlı qələm ustası Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatı xəzinəsini bir sıra qiymətli nəsr əsərləri ilə zənginləşdirib.

Daha sonra çıxış edən İbrahim Quliyev ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin elmi yaradıcılığında Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin bir sıra aktual məsələlərinin, həmçinin dahi şair Füzuli poetikasının tədqiqindəki xidmətlərindən danışıb.

Xatirə gecəsində dirijor Rafael Bayramovun, konsertmeyster Zərinə Allahverdiyevanın iştirakı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR