17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
NAXÇIVANDA 1 MİLYONDAN ÇOX MEYVƏ TİNGİ YETİŞDİRİLİB
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində son 3 ildə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşə Tingliyi Müəssisəsinin təsərrüfat sahələrində 1 milyondan çox meyvə tingi yetişdirilib.
"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə, hazırda müəssisəsinin Babək rayonunda, Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində və Naxçıvan çayının sağ sahilində olmaqla, 13 hektara yaxın tingyetişdirmə sahəsi var. Bu sahələrdə hər il 300-350 min ədəd ting yetişdirilir.
Mövsümi ağac əkini ilə əlaqədar ötən ilin payız aylarında müəssisə tərəfindən 35 mindən çox ting istehsal edilib. Hazırda sahələrdə 250 mindən yuxarı əkilmək üçün ting vardır ki, bunun da 70 minə yaxını meşə, 12 minə yaxını həmişəyaşıl, qalanı isə müxtəlif meyvə tingləridir.
Müəssisəsinin təsərrüfat ərazilərində ərik, badam, alma, ceviz, alça, gilənar, tut və digər meyvə tingləri yetişdirilir.